Modern.az

Bakıda meyitləri tapılan kamerunlu futbolçuların meyitləri ölkəsinə aparıldı

Bakıda meyitləri tapılan kamerunlu futbolçuların meyitləri ölkəsinə aparıldı

Aktual

17 Mart 2017, 16:09

Yasamal rayonunda kirayədə yaşadıqları evdə meyitləri tapılan Kamerun vətəndaşlarının cənazəsi ölkələrinə aparılıb.

 

Bu haqda Modern.az-a Məhkəmə - tibbi ekspertiza və patoloji anatomiya birliyi Yasamal rayon şöbəsindən məlumat verilib.

Məlumata görə, meyitlər bu gün səhər  təyyarə ilə ölkələrinə aparılıb.


Qeyd edək ki, Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu, digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.

Texniki Universitetin Xarici tələbələr üzrə dekanatlığının rəsmisi Modern.az-a bildirmişdi ki, dəm qazından dünyasını dəyişən tələbə 1997-ci il təvəllüdlü Nans Ekumdur. Hadisə barədə onun ailə üzvlərinə məlumat verilib. Valideynləri hadisədən bir neçə gün sonra onun meyitini Kameruna aparıblar.


Bu il yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərilərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir