Modern.az

JTI şirkəti Azərbaycanda yeddinci su təchizatı layihəsi həyata keçirdi

JTI şirkəti Azərbaycanda yeddinci su təchizatı layihəsi həyata keçirdi

Aktual

17 Mart 2017, 17:08

Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirmişdir. Sayca yeddinci olan layihə Salyan rayonunun Kərimbəyli kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu(MQF) və Salyan rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilmişdir.

 

Açılış mərasimində çıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və MGQ-nin Prezidenti Rauf Zeyni layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildirmişlər. Daha sonra çıxış edən JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri Əli Verdiyev JTI şirkətinin ölkədə həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsini şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi xarakterizə etmişdir. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilmişdir.

 

Əhalisinin sayı 3000-ə yaxın olan Kərimbəyli qəsəbəsində içməli su layihəsi MQF tərəfindən icra edilmişdir. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılmışdır. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı və Şamaxı rayonlarında da su təminatı layihələri həyata keçirilmişdir. Bu layihələrin icrası nəticəsində 20,000 çox adam təmiz içməli su ilə təmin edilmişdir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar