Modern.az

İŞİD “Tac Mahal”ı partlada bilər

İŞİD “Tac Mahal”ı partlada bilər

Dünya

17 Mart 2017, 22:34

Bəzi kütləvi informasiya vasitələri İŞİD terrorçularının Hindistanın əsas tarixi abidələrindən biri - Aqra şəhərindəki “Tac Mahal” muzeyini partlatmaq niyyətində oması ilə bağlı məlumat yayıb.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan hökuməti yayılan məlumatlardan ciddi narahatlıq keçirdiyini açıqlayıb.

Yerli polis bildirib ki, hələlik bu xəbər kəşfiyyat məlumatları ilə təsdiq olunmur. Lakin işi “taleyin ümidi”nə buraxmaq niyyətləri də yoxdur. Bu səbəbdən muzeyin mühafizəsi gücləndirilib.

Qeyd edək ki, bu günlərdə yerli qəzetlərdə İŞİD-in fəaliyyətini izləyən SİTE adlı saytda yer almış bir fotoşəkil də yayımlanıb. Həmin şəkildə “Tac-Mahal”ın rəsminin fonunda İŞİD terrorçularından biri əks olunub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar