Modern.az

Almaniya millisinin rekordu Bakıda qırıla bilər

Almaniya millisinin rekordu Bakıda qırıla bilər

Aktual

17 Mart 2017, 23:42

Almaniya milli komandasının rekordu Bakıda qırıla bilər. Modern.az "Report"a istinadən xəbər verir ki, bunun üçün 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan hər iki görüşdə Bundestimin qapısına yola tapan Azərbaycan yığmasının martın 26-da Bakıda bu rəqiblə baş tutacaq növbət oyunda da fərqlənməsi lazımdır.

Cari seçmə qrup mərhələsinə San Marino (8:0), Şimali İrandiya (2:0), Çexiya (3:0) və Norveç (3:0) kollektivləri üzərində qələbə ilə başlayan almanlar ümumilikdə 16 qol vurmaqla yanaşı, öz qapılarını toxunulmaz saxlamağı bacarıblar.

Lakin martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Robert Prosineçkinin baş məşqçisi olduğu Azərbaycan millisi rəqibini məyus etməklə Bundestimə bu göstəricini yaxşılaşdırmasına imkan verməmiş olacaq.

Seçmə qrup mərhələsində yer aldığı C qrupunda keçirdiyi 4 oyundan 7 xal toplayan Azərbaycan yığması San Marino və Norveçi 1:0 hesabı ilə məğlub etdiyi halda, Şimali İrlandiyaya 4 cavabsız qolla uduzub.

Qeyd edək ki, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində də Almaniya yığması ilə eyni qrupda yer alan Azərbaycan milli komandası səfərdə 1:6, evdə isə 1:3 hesabı ilə uduzub. Həmin görüşlərdə müvafiq olaraq artıq heyətə dəvət almayan Vaqif Cavadovla Murad Hüseynov fərqləniblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir