Modern.az

7-ci sinif şafirdi 35 yaşlı qadını zorla

7-ci sinif şafirdi 35 yaşlı qadını zorladı

18 Mart 2017, 09:46

Özbəkistan paytaxtı Daşkəndin Serqeli rayonunda iki yeniyetmə oğlan küçədə güddükləri 35 yaşlı qadını zorlayıblar.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törədən oğlanlardan biri 7-ci sinif şagirdi olub. Onlar gecə saat 10.00 radələrində yaşayış binasının tinində dayanaraq, işdən evə qayıdan qadını güdüblər. Daha sonra onu qaranlıq yerə çəkərək zorlayıb, ardından da hədələyərək, möhkəm döyüblər.
Hadisəni törədən uşaqlardan 14 yaşı olan 7-ci sinifdə oxuyur, 17 yaşlı digər yeniyetmə isə kollecdə təhsil alır.

Hüquq-mühafizə orqanları qadının şikayəti əsasında oğlanları yaxalayıb. Araşdırma zamanı məlum olub ki, 14 yaşlı yeniyetmə bundan öncədə müxtəlif cinayətlər törədib – oğurluq, quldurluq, soyğunçuluq...

 "Bu oğlan uşağı uğursuz ailənin övladıdır. O məktəbə getmirmiş, demək olar ki, daim olan cinayətlərin iştirakçısı olurmuş. Hətta bir dəfə yaşayış yeri olmayan “bomj”u vəhşicəsinə döyüb də"  - rayonun yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru deyib.


Zorlama faktı üzrə iki yeniyetmə barəsində cinayət işi açılıb. Artıq istintaq başa çatıb, məhkəmə də olub. 17 yaşını tamam etmiş yeniyetmə ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilib. İkinci oğlan – 14 yaşlı isə 5 il azadlıqdan məhrumetmə cəzası alıb, onu da uşaq koloniyasına yerləşdiriblər.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı