Modern.az

Kinorejissor Elçin Musaoğlu təltif edildi

Kinorejissor Elçin Musaoğlu təltif edildi

18 Mart 2017, 10:08

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Əməkdar İncəsənət Xadimi” adına layiq görülən Elçin Musaoğlunun fəxri ad vəsiqəsi və medalı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən rejissora təqdim edilib.

Elçin Musaoğlunu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayan nazir Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini söyləyib.
Sonda Elçin Musaoğlu yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?