Modern.az

İranda ilk qadın nazir

İranda ilk qadın nazir

3 Sentyabr 2009, 21:57

İran parlamenti prezident Mahmud Əhmedinejad tərəfindən təqdim edilən Nazirlər Kabinetinə namizədlərdən 21-dən 18-nə etimad göstərib. Parlamentdə hər bir namizəd üçün ayrı-ayrı səsvermə keçirilib. Nəticədə enerji, təhsil və sosial müdafiə nazirlikləri üçün namizəd göstərilən Mehdi Qazanferi, Susan Keşaverz və Fatimə Acurlu parlamentin səsini qazana bilməyiblər.
Səhiyyə nazirliyinə namizəd Mərziye Vahid Destcerdi isə İran İslam Respublikasının ilk qadın naziri kimi parlamentin razılığını ala bilib. Etimad göstərilməyən üç nazirlik üçün prezident Əhmədinejad üç aylığına yeni bir şəxsi nazir vəkili kimi təyin edəcək, bu müddət bitəndən sonra isə ya həmin vəkili, ya da yeni bir şəxsi namizəd kimi parlamentə təqdim edəcək.
Namizdələrlə bağlı İran parlamenti bazar günündən bəri müzakirələr aparırdı. 
Müdafiə Nazirliyinə namizəd Əhməd Vahidi, 1994-cü ildə Argentinanın Buenos Ayres şəhərində yəhudi qurumuna qarşı təşkil edilən bombalı hücumla bağlı Interpol tərəfindən axtarışdadır. Amma o, parlamentdə heç bir narazılıqla qarşılaşmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər