Modern.az

Berti Foqts daha iki il Azərbaycana futbol öyrədəcək

Berti Foqts daha iki il Azərbaycana futbol öyrədəcək

Təhsil

10 Noyabr 2009, 13:00

AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Berti Foqtsla görüşərək onun ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatını və gələcək üçün fəaliyyət proqramını dinləyib.
Modern.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rövnəq Abdullayevin Berti Foqtsla müzakirələrindən sonra alman mütəxəssisin Azərbaycan milli futbol komandasının baş məşqçi kimi fəaliyyəti daha 2 il müddətinə uzadılıb. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır