Modern.az

DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində işləyəcək

DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində işləyəcək

Aktual

18 Mart 2017, 12:15

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri bayram günlərində işləyəcək.

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Novruz bayramı ilə əlaqədar mart ayının 19-dan 27-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək”-,deyə nazirlik bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!