Modern.az

Bakıda nümunəvi məhkumları şəhər gəzintisinə çıxardılar - FOTO

Bakıda nümunəvi məhkumları şəhər gəzintisinə çıxardılar - FOTO

18 Mart 2017, 13:27

Penitensiar xidmətin Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların xidmət əməkdaşlarının müşayiətilə müəssisənin hüdudlarından kənarda mədəni-kütləvi tədbirlərdə iştirakı davam edir.

Penitensiar xidmətin İctimaiyyətlə əlqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir 17.03.2017-ci il tarixdə Novruz bayramı münasibətilə həyata keçirilib.

Yeniyetmələr – Hüseynov Fuad Zaur oğlu, Ömərov Qulu Murad oğlu, Ələkbərov Natiq Rəfail oğlu və Mits Yuri Aleksandroviç ilk olaraq Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra yeniyetmə məhkumların Milli Azərbaycan Tarix Muzeyinə ekskursiyası təşkil olunub.

Tədbirin sonunda yeniyetmələrə ticarət və əyləncə mərkəsində gəzinti və filmə tamaşa etmək üçün şərait yaradılıb.

Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana, məhkumlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi