Modern.az

Yalançı türkçülər, saxta turançılar niyə meydan sulayırlar...

Yalançı türkçülər, saxta turançılar niyə meydan sulayırlar...

Mədəni̇yyət

18 Mart 2017, 13:49

Sosial şəbəkələr mövcud olandan bəziləri dil pəhləvanına çevrilib. Tərəfkeşlik, təəssübkeşlik, vətənpərvərlik, türkçülük  adına hamı Oğuz elinin məsləhətçisi, başbiləni olub...

Vətəni, xalqı qışqıra-qışqıra sevirlər bəyəm?!  Yalançı qışqır-bağırlar Facebook bacasından o tərəfdə eşidilmir. Özlərini  əldən salmaları heç başadüşülən deyil!

Son vaxtlar Facebook-da bir çoxlarının statuslarından turançılıq və  türkçülüklə bağlı çıxışlar od püskürür. Amma bir az dərinə gedəndə, görürsən ki, nə turançılıqdan, nə də türkşülükdən anlayışları var. Polemikaya gərəndə, “asta qaçan namərddi” məsələsinə iyğun hərəkət edib, sorğu-sualdn yayınırlar...


Bir sözlə, yalançı türkçülər,  turançılar indi də sosial şəbəkələrdə gözə girir, meydan sulayırlar.


Müasir Azərbaycan şairi Rüstəm Behrudi Modern.az-a açıqlamasında  yalançı türkçülərdən söz açıb. O bildirib ki,  müqəddəs Qurani Kərimi həyatında bircə dəfə oxumayan adam cihad dediyi kimi, türk dilindən xəbəri olmayan adamların da  turançı olmasından dünyada dəhşətli bir şey yoxdur.

“Azərbaycanda türkçülük, bozqurdçuluq ideyasını öldürüblər”

“Bu, çox biabrçı  məqamdır. Bir vaxtlar turançılıq ideyası bu millətin taleyində romantik duyğuların ifadəsi olan gözəl bir hal idi. Təəssüf ki, elə bir zaman gəlib çıxdı ki, turançılıq dəbə çevrildi. Azərbaycanda bozqurdçuluq düşüncəsini, onun romantizmini,  ideyasını  öldürdülər. Halbuki, dünyanın tarixi türklərin savaş tarixindən ibarətdir. Dünyada nə qədər qloballaşmadan danışmaq mümkündürsə, qoy danışsınlar. Bütün hallarda dünyanın tarixi türklərin və millətlərin savaşından ibarətdir. Qloballaşma və inteqrasiya isə yəhudilərin uydurduğu kosmopolit düşüncədən başqa bir şey deyil”.

Əli bəy Hüseynzadəni tanımayan “türkçülər”


Rüstəm Behrudinin sözlərinə görə,  yalançı türkçüləri sosial şəbəkələrdə izləmək dəhşətlidir.

“Türkçülük və turançılığın yaşam tərzindən, psixologiyasından xəbəri olmayan adamların bunlardan danışması əslində, bu ideyanı, düşüncəni hörmətdən salmağa xidmət edir. Tez-tez mətbuat səhifələrində kimlərsində dediklərini oxuyuram: “...neçə il bundan qabaq dünyadakı şamanizmlə bağlı kitab çap etmişəm”. İşə baxın ki, 15 yaşlı uşaq durub məni təftiş edir və  günahlandırır. Bu da türkçülük və turançılıq ideyasını gözdən salmaq üçündür. Azərbaycanda bir neçə dərnək var ki, məni dəvət etsələr də, getməmişəm. Ona görə ki, uzaqdan-uzağa düşüncələri ilə tanışam. Turançılıq ideyasını gündəmə gətirmək, onu şeir kimi əzbərə çevirmək  yanlış addımdır.

Facebook-da yalançı türkçüləri izləyirəm. Əli bəy Hüseynzadənin kim olduğunu anlamayan adamlar türkçülükdən dəm vururlar. Turançılıq haqda kitab yazırlar. Əslində, türkçülük,  turançılıq ideyası bir düşüncə tərzi olaraq Əli bəy  Hüseynzadə ilə bağlıdır. Burda diqqət çəkən bir məqam var. Əgər onu yaradan adamın kimliyindən bixəbər olanlar onun ideyalarını təbliğ edirsə, burda yalan və  böhtan var. Sadəcə, türkçülük, turançılıq ideyasını gözdən salmaq istəyirlər”.
 

Bir-birini tamamlayan nadanlar

Rüstəm Behrusi deyir ki, bu gün Türkiyədə baş verən hadisələr türk olan və türk olmayanların savaşıdır.

“Kim nə deyir desin, bu belədir. Son vaxtlar azərbycanlıların türk olmaması ilə bağlı fikirlər səsləndirdilər. Görünür, həm aşağıdakı sosial şəbəkə, həm də yuxarıdakı elitar təbəqə bir-birini tamamlayır. Arif Rəhimzadə, Araz və Zərdüşt Əlizadə  qardaşları nadan olduqlarına görə bir-birlərini tamamlayırlar. Təəssüf ki, burada gözə görünməyən əl işləyir. Əslində, bunlar Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmağa yönəlmiş hallardır. Digər tərəfdən, Azərbaycanda etnik problemlərin olmamasına sevinirəm. Münasibətlər çox yaxşı həll olunur. Məsələn, talışlarla, kürdlərlə bir yerdə normal yaşayırıq. Dünyanın heç bir yerində etnik xalqlar Azərbaycandakı kimi insanlıq münasibətində yaşamır”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı