Modern.az

Müxalifətin İctimai Palatası mitinqin vaxtını dəyişdi

Müxalifətin İctimai Palatası mitinqin vaxtını dəyişdi

Təhsil

9 Aprel 2011, 15:22

Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbədənkənar sessiyası keçirilib. Müsavat başqanı İsa Qəmbərin sədrlik etdiyi sessiyada 2 aprel mitinqindən sonra yaranmış vəziyyət və 16 aprelə təyin olunmuş növbəti aksiya ilə bağlı məsələlər müzakirə olunub.
İctimai Palatanın Koordinasiya Şurasından Modern.az-a verilən məlumata görə, sessiyada qərara alınıb ki, 16 aprel mitinqinin vaxtı dəyişdirilsin. Və qurum mitinqi bir gün sonraya 17 aprelə təyin edib.
Gələn həftə İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinə mitinqə yer ayrılması üçün müraciət edəcək. Sessiyada bildirilib ki, şəhər meriyası bu dəfə də müxalifəti Bibiheybətdəki stadiona göndərmək istəsə, İctimai Palata yenə bunu qəbul etməyəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!