Modern.az

“Azərbaycan müəllimi”nin yeni baş redaktoru: “İnternet saytımız gücləndiriləcək”

“Azərbaycan müəllimi”nin yeni baş redaktoru: “İnternet saytımız gücləndiriləcək”

Media

18 Mart 2017, 14:34

Xəbər verdiyimiz kimi, iki gün öncə “Azərbaycan müəllimi” qəzetinə  baş redaktor təyin olunub.

Modern.az saytı “Azərbaycan müəllimi”nin yeni baş redaktoru Nurəddin Heydərovla əlaqə saxlayıb. İlk təəssüratlarını öyrənib. 

N.Heydərov deyib ki, göstərilən etimadı doğrultmağa çalışacaq.

““Azərbaycan müəllimi”  qəzeti ənənələri olan və bəlli oxucu kontingentinə malik mətbuat orqanıdır. Sahəvi media strukturda çalışmaq mənim üçün yeni təcrübə olacaq. Təyinat mənə göstərilən yüksək etimaddır və onu doğrultmağa çalışacam.

2 ilə yaxın müddətdə fəaliyyətim təhsillə bağlı olub. Təyinata qədər Təhsil Nazirliyi yanında  “Təhsilə İctimai Dəstək” layihəsində çalışmışam. Sözügedən layihə də sırf təhsil islahatlarının geniş ictimaiyyətə çatdırılmasına yönəlib. Bu baxımdan fəaliyyətim və istiqamətim yeni deyil”.


Nurəddin Heydərov yeniliklərdən də söz açıb.

“Yeniliklərimiz əsas etibarilə qəzetin internet resurslar üzərindən yayımı ilə bağlı olacaq. Oxucu auditoriyasının əsasən onlayn mediada cəmləşdiyini nəzərə alaraq, yaxın dövr üçün diqqətimiz qəzetin internet saytının üzərində cəmləşəcək”.


Nurəddin Heydərov 1998-ci ildən mətbuat sahəsində çalışır. 2002-ci ildən 2010-cu ilə kimi “Kaspi” qəzetinin baş redaktoru işləyib. Keçən il o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra Təhsil Nazirliyi yanında “Təhsilə İctimai Dəstək” layihəsinin rəhbəri təyin olunub.

Qeyd edək ki, “Azərbaycan müəllimi” qəzetinin sabiq baş redaktoru Bayram Hüseynzadə Azərbaycan Mühəndislik Universitetinə prorektor təyin olunub.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir