Modern.az

Dünya yaxşılardan xali deyil

Dünya yaxşılardan xali deyil

9 Aprel 2011, 15:38

İnsan mənəviyyatını müəyyənləşdirən, onu saflaşdıran və zənginləşdirən bir neçə amil var. Bu amillərdən biri də Vətən sevgisi, xalq və millət sevgisidir. Vətən o vaxt basılmaz olur ki, vətəndaşları vətənpərvər və mərd olur. Mərdlik isə Vətənə məhəbbətdən yaranır. Böyük qürur hissi ilə qeyd edə bilərik ki, tarix boyu Azərbaycanımızın vətənpərvər övladları dövlətimiz, xalqımız və millətimiz naminə böyük işlər görüb, Azərbaycan adlı məmləkətimizə ucalıq və şərəf gətiriblər. Belə vətənpərvər azərbaycanlılardan biri də Azərbaycanın hüdudlarından uzaqlarda yaşayan, Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna-Azərbaycan dostluğu Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasovdur.
Ukraynada yaşadığı illər ərzində İlqar Abbasov üçün azərbaycanşılıq və dövlətçilik prinsipləri ən önəmli məsələ olub. İlqar müəllimin Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, milli mənəvi dəyərlərimizin təbliği sahəsində gördüyü böyük işlər ukraynalılarda  Azərbaycan haqqında kifayət qədər fikir formalaşdırıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə olduğu kimi catdırılmasında qan yaddaşımızla bağlı tarixlərdə onun təşəbbüskarlığı ilə keçirilən tədbirlər bir daha sübut edib ki, Azərbaycan sülhsevər, demokratik dəyərlərə üstünlük verən dövlətdir.

Onun bütün varlığı Azərbaycana bağlıdır. Harda yaşamağımızdan, hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq, tarixi Vətənimiz olan Azərbaycanı layiqincə təmsil etməliyik söyləyən İlqar Abbasov sözün əsl mənasında o azərbaycanlılardandır ki, öz əməli, gördüyü işlərlə millətimizin ünvanına başqa millətlərin nümayəndələri tərəfindən yüksək fikirlərin, xoş sözlərin deyilməsinə nail olub.

İlqar Abbasov həm də gözəl ailə başçısı və sədaqətli dostdur. Səmimiyyəti, mehriban ünsiyyəti, əxlaqı və xoş rəftarı ilə ürəklərə tez yol tapan xeyirxah insandır. Nə yaxşı ki, dünya yaxşılardan xali deyil.

Bu gün dəyərli həmvətənimiz, təmənnasız xalqına, millətinə xidmət edən İlqar Abbasovun doğum günüdür. Ad günü münasibətilə İlqar müəllimi təbrik edir, gərgin və gərəkli fəaliyyətində yeni-yeni nailiyyətlər diləyir, ulu Tanrıdan ona can sağlığı və uzun ömür arzulayırıq.

Azər Qardaşlı

Kiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir