Modern.az

Polis pinti geyinənləri paytaxta buraxmır

Polis pinti geyinənləri paytaxta buraxmır

18 Mart 2017, 17:29

Türkmənistan paytaxtı Aşqabaddda polis səliqəsiz geyimli, pinti görünüşlü saydığı şəxsləri saxlamağa başlayıb. Bu barədə “Azadlıq” radiosunun türkmən xidmətinin mənbələri məlumat verib.

Gələn məlumatlara görə, Aşqabadda saxlananların şəxsiyyətini aydınlaşdırmaq üçün sənədlərini də yoxlayırlar. Çox vaxt yoxlamanı mülki geyimli şəxslər aparır. Yoxlama zamanı saxlanan adamın paytaxtda qeydiyyatının olmaması üzə çıxsa, cərimələnir və daimi yaşayış qeydiyyatında olduğu regiona göndərilir.

“Cərimələyib paytaxtdan çıxarırlar”

“Paytaxta qeydiyyatsızlar öncə Xitrovkadakı “Arzuv” və ya “Yalkım” istintaq təcridxanasına göndərilir. Onları 300-500 manat (təxminən 150-250 AZN ) cərimələyir və sonra daimi yaşayış yerinə göndərirlər”, - adının açıqlanmamasını istəyən mənbə deyib.

Türkmənistan bölgə sakinlərinin dolanışıq və bir tikə çörək üçün paytaxta gəlişi hələ 2015-ci ilin sonlarından məhdudlaşdırılmağa başlanıb.

“Rayon maşınlarına qadağa”

Aşqabad hakimiyyəti region nömrəli şəxsi nəqliyyat vasitələrinin paytaxta girişinə qadağa qoyub. Qadağanı pozanlara inzibati cəza kəsilə bilər.

Prezident sərəncamına görə, bölgələrdə yaşayan sakinin paytaxtdakı müəssisələrdə işə götürülməsindən ötrü mütləq “qanunla icazə” alınmalıdır.

“Aziadi-2017”

Aşqabadda qeydiyyatsız, yaxud “səliqəsiz və pinti görünüşlü” şəxslərin saxlanıb yoxlanması bu ilin sentyabrında Türkmənistanda keçirilməsi nəzərdə tutulan “Aziadi-2017”yə - V Asiya İdman Oyunlarına hazırlıq dövünə təsadüf edir.

Türkmənistan həmin beynəlxalq yarışa coşquyla hazırlaşır. Ölkə idmançıları müxtəlif xarici ölkələrdətəlim-məşq toplantılarına qatılıblar.

“Qapalı məkanlarda Asiya döyüş sənəti”, eləcə də “Qapalı məkanlarda Asiya Oyunları” kimi tanınan oyunlar Mərkəzi Asiyada ilk dəfə Aşqabadda keçirilir.

30 obyektdə 21 idman yarışının keçirilməsi nəzərdə tutulur.

Yarışlar bu il sentyabrın 17-dən 27-dək keçiriləcək.

“İdman oyunlarınadək əyalət sakinlərinin hamısının paytaxtdan çıxarılması nəzərdə tutulur. Hər gün yüzlərlə adam saxlanır”, - AzadlıqRadiosunun türkmən xidmətinə anonimliyinin qorunmasını istəyən Aşqabad polisindəki mənbə belə deyib.


Müxalif saytlar yazırlar ki, hökumət regionlardan gələnlərin önünü kəsməklə paytaxtda işsizlərin çoxalmasının qarşısını almağa çalışır.

İctimai fəallar qeyd edirlər ki, Türkmənistanda hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarını sürəkli pozmasına, o cümlədən hərəkət etmək azadlığının məhdudlaşdırılmasına ölkə qanunvericiliyi əsas yaradır.

“Transparency İnternational” Türkmənistanı korrupsiya faktına görə, 176 ölkə arasında 154-cüyerdə görüb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır