Modern.az

Dünya Su Şurasının İdarə Heyəti Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində - FOTO

Dünya Su Şurasının İdarə Heyəti Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində - FOTO

Aktual

18 Mart 2017, 18:11

I Bakı Beynəlxalq Su Həftəsi  çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin  61-ci Toplantısının sonuncu günü İdarə Heyəti üzvlərinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunub.  


Modern.az xəbər verir ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olan qonaqlara kompleks haqqında geniş məlumat verilib. Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasının keyfiyyətli və dayanıqlı içməli su təchizatına hesablanmış bu kompleksin yaradılmasının təşəbbüskarı Prezident İlham Əliyev olub.   2011-ci ildə təməli qoyulmuş kompleks dövlət başçısının iştirakı ilə 28 oktyabr 2015-ci ildə istismara verilib. Məhsuldarlığı saniyədə  6,6 kubmetr olan kompleksdə 5280 ədəd membran tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi insan əli dəymədən, heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla həyata keçirilir və istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır.


SCADA otağı ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, ən yeni texnologiyaların tətbiq edildiyi kompleksdə bütün texnoloji proseslər tam avtomatlaşdırılıb.  Emal prosesinin məsafədən idarə edilməsi  SCADA sistemi ilə həyata keçirilir. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına bu sahədə dünyanın ixtisaslaşmış şirkətləri cəlb olunub. Kompleks 2016-cı ildə Abu Dabidə keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.


Dünya Su Şurası İdarə Heyətinin üzvləri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərin onlarda xoş təəssürat yaratdığını bildiriblər. Dünya Su Şurasının prezidenti Benedito Braqa qeyd edibr ki, Azərbaycanda su təchizatı sahəsində ən müasir texnologiyaların tətbiqinə geniş yer verilir. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünya səviyyəli bir qurğudur və Azərbaycanın bu sahədəki təcrübəsi digər ölkələr üçün nümunə sayıla bilər. 


Komplekslə tanışlıqdan sonra Ceyranbatan Ultrasüzgəcli Qurğular Kompleksinin ərazisində yaşıllaşdırma aksiyası təşkil olunub. Dünya Su Şurası İdarə Heyətinin üzvləri Birinci Bakı Beynəlxalq Su Həftəsinə xatirə olaraq ağac əkiblər.

 
Daha sonra xarici qonaqlar “+82 Qərb” su anbarı  və anbarın yerləşdiyi ərazidə salınmış Yasamal Parkı ilə tanış olublar. Dünya Su Şurası İdarə Heyətinin üzvlərinə məlumat verilmişdir ki, “+82 Qərb” su anbarı  Şollar-Bakı Su Qurğuları Kompleksinin əsas anbarlarından biridir. Tarixi memarlıq üslubunda 1 əsr əvvəl tikilmiş bu anbar Bakı şəhərinin içməli su təchizatında mühüm rol oynayır. 


Qeyd edək ki,  18 mart 2017-ci il tarixdə Dünya Su Şurası İdarə Heyətinin 61-ci toplantısı başa çatmış və I Bakı Beynəlxalq Su Həftəsi yekunlaşıb.

 


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!