Modern.az

Dünya bir dəlinin əlində aciz qalib

Dünya bir dəlinin əlində aciz qalib

9 Aprel 2011, 15:54

Liviyada baş verənləri izlədikcə insan buna biganə qala bilmir. Hər gün günahsız (?) insanların öldürülməsi və bütöv bir ölkənin cəhənnəmi xatırlatması insanı dəhşətə gətirir. İki yerə parçalanmış ölkədə bir tərəfdən insanlar bir-birini qırır digər tərəfdən onların üzərinə göydən “sülhməramlılar” bomba yağdırır. Nəticə etibarı ilə insanlar həlak olur.

Liviyaya hava zərbələri endirməklə Qəddafini çökdürmək istəyində olan NATO və qərb qüvvələri iki dəfə “yanlışlıqla” tərəflərini saxladıqları müxalifətçiləri də vurublar. İndi də hərbi əməliyyatların effektivliyinin alınmamısından şikayətlənib geri çəkilməyi düşünürlər. Ortaya bir sual çıxır. Axı necə olur ki, bütün dünya bir dəlinin əlində aciz qalıb? Yəni Qəddafi bu qədər güclü oldu ki, bütün avropa, okeanın o tayından yardıma gələn Amerika onu məğlub edə bilmədi? Halaldı vallah Qəddafiyə. Dediyi kimi liderdir. Bütün bu oyunların sirri demək olar ki, yoxdur. Hər şey göz qabağındadır. Amma nədənsə hamı susur. Sanki bütün dünya bu hadisələrə biganə yanaşır. İndi təsadüfən Qəddafinin atdığı bir raket gedib Fransaya düşsə və heç kim də bundan xəsarət almasa görəsən yenə bu qədər susacaqlar? Ya da ki, bir dəfə “insan haqqları, demokratik dəyərlər” kimi mənasız (onların düşündüklərininə işarədir) fikirlər ortaya atacaqlar. Günün günorta çağı İsrail Fələstinin başına bomda yağdırdı, “Mavi Mərmərə”yə hücum düzələyib həqiqi sülhməramlıları öldürdü amma qaşın üstündə gözün var deyən olmadı. Yaxud silah radioaktiv silah bəhanəsi ilə bir neçə il əvvəl İraq qan şanağına döndərildi. Çətin ki, bundan sonra da düzələ.

Misiri, Tunisi devirdilər. Yəmən də öz xoşuyla getdi. Amma mənim xəyalımda Yəmən prezidentinin istefa verəcəyini açıqlamazdan əvvəl efir vasitəsi ilə dediyi bir cümlə canlanır. “Yəmən xalqı özünə prezident tapmamış məni devirirlər. Bunun aqibəti yaxşı olmayacaq”.

Suriyanı da qarışdırdılar. Bəşər Əsəd bir qədər ağıllı tərpəndi. Vədlər verdi, güzəştə getdi. Amma bu ölkəni də dağıtmağı qarşısına məqsəd qoymuş qüvvələr deyəsən yollarından geri dönmək istəmirlər.

Bütün bu baş verənlərin fonunda bizim də payımız var. QARABAĞ acısı. Hər kəs öz dərdi daha böyükdür. Artıq 20 ildir ki, erməniləri yenidən Azərbaycan torpaqlarında yerləşdiriblər və çıxarmaq da istəmirlər. Düzdür Azərbaycanın qüdrəti var. Əgər müharibə olsa Ermənistanın özünü də məhv edərik. Amma... Müharibə etsək hansı bəlalarla üzləşəcəyik. Bunun çözümünü hər birimiz yaxşı dərk edirik.

P.S. Yenidən qayıdıram əvvələ. Dünya bir dəlinin əlinə aciz qalib. O dəli görəsən kimdir? Bax onu tapmaq lazımdır. Kim yerini bilsə mənə də desin...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı