Modern.az

Xalq şairi Fikrət Qoca ilə FOTOSÖHBƏT

Xalq şairi Fikrət Qoca ilə FOTOSÖHBƏT

Fotosöhbət

11 Aprel 2011, 10:00

Modern.az saytı Xalq şairi Fikrət Qoca ilə FOTOSÖHBƏT layihəsini təqdim edir:

Fikrət Göyüş oğlu Qocayev (Qoca) 25 avqust 1935-ci ildə Ağdaş rayonun Kotanarx kəndində anadan olub.

1964-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1956-cı ildən mətbuatda çap olunur. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib. Azərbaycan Respublikası əməkdar incəsənət xadimi (1978). 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan Respublikası xalq şairidir (1999). “Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadağım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980) və s. şeir və poema toplularında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto (Çe) Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi A.Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı X.Risal (“Xose Risal”), vyetnamlı gənc (“Li Vi Tom”) və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Nəsr əsərləri də yazıb. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, - qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. M.Lermontov, T.Şevçenko, E.Mejelaytis, İ.Volker, X.Risal, İ.Tauferdən tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Şeirlərinə musiqi bəstələnib (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).

Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub (1995).

 

 

Atam Göyüş Qocayev, anam Xara xanım və mən. 

 

Bu şəkli 1973-ci ildə həyat yoldaşım Raya xanımla çəkdirmişəm. 

 

Aşağıdan soldakı atam Göyüş həkim, sağdakı anam Xara xanımdır, məni yəqin tanıyırsınız, o birilər bacı və qardaşlarımdır.

1964-cü il. Qucağımdakı oğlum Yalçındır.

 

Moskvadayıq, yanımızdakı qızlarım Gülay və Günaydır.

 

Ovçu elə ovçudur hər yaşında.

Yazıçı Anar, xalq şairi Bəxtiyar Vahabzadə və Vaqif Nəsirova birlikdə. Onda hələ yaşlanmamışdıq.

1977-ci il. Tələbələrin gənc şairlərlə ildə bir dəfə keçirilən toplantısının qonağı mən idim. Ortada dayanmışam.

Türkiyəli müğənni Emel Sayınla bir yerdə..

Sovet ədəbiyyatı günləri...

 

Balkondan dənizə baxıram....necə də maraqlı mənzərə idi. 

Sərginin açılışında dostlarla birlikdə...

 

Hindistandayıq, yazıçı Əzizə Cəfərzadə ilə birlikdə...

Əfqanıstan 1984-cü il. Solda əfqan ədib Bəbrək Karmalın xanımı Fatma xanım, sağda Lumumba Universitetinin professoru xanım Puxova. 

 

Mingəçevrdə həyat yoldaşımla birlikdə...

 

Üç ağdaşlı bir yerdə...

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məsləhətlərinə hər zaman ehtiyac vardı...

 

Qızım Günayla...

Anam Xara xanım... O da qocalıb, mən də yaşlaşmışam...

 

Oğlum, kürəkənim və mən... 

 

İstəkli qızım Gülayla birlikdə. 

 

Nəvələrlə bir yerdə olmaqdan yorulmuram, doymuram... 

 

Ruhangiz Qasımova ilə çəkdirmişəm.

 

Yazıçı Fikrət Sadıq və qızım Günayla. 

 

Dövlətdə dəvə, övladda nəvə... Hamısı nəvələrimdi.

Yazıçıların XI qurultayı ərəfəsində Prezident İlham Əliyevin Yazıçılar Birliyinin rəhbərləri ilə görüşü. Arif Əmrahoğlu, mən, Anar, Çingiz Abdullayev, Fatma Abdullazadə Prezidentlə şəkil çəkdirdik.

Laçınlı məcburi köçkün şagirdlərlə görüşə getmişik.

Dostlar yığışmışıq bir yerə. Görüş yerini dəyişmək olmaz...

Həyat yoldaşım Raya xanımla... 

Şair Qulu Ağsəsin kitabının təqdimatına yığışmışıq.

Ailə üzvlərim: xanımım, oğlum, gəlinim, nəvələrim....

İş masası arxasında...

Ürəyimdə bir şeir fırlanır. Deyir: məni yaz. Deyirəm: olmaz!

Böyük Fikrət Qoca və balaca Fikrət Qoca...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı