29 may 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Hamı günahkardı, Mövlud
Hamı günahkardı, Mövlud
19.03.2017, 00:29

Aynur Camalqızı


Əminəm, görmüsünüz - ən azı filmlərdə, televiziya verilişlərində: Meşədə, bir vahədə qəfil şaqqıltı, ya da ovçu görən ceyran olur ha, təhlükəni hiss edincə bir anda gözləri necə vahiməylə dolur...

İndi ağlıma gəlir: son vaxtlar o, ceyran kimi baxırdı... Ürkək-ürkək. Təhlükəni hiss edən, ovçusunu görən ceyran kimi...

Heyf, o vaxt fərqində olmadım. Heç birimiz fərqində olmadıq. Onun baxışlarındakı dəyişikliyi görmədik, duymadıq...

Əslində o baxışlar çox şeyi deyirdi.

Hər şeyi deyirdi!

O qədər peşmanam, Mövlud... Niyə əllərindən tutmadım, niyə hara getsəm, səni də özümlə aparmadım, niyə səni qorumadım...

Elə bilərdim, bir balam da sənsən, axı həmişə zarafatla onsuz da “gərək sən mənim oğlum olaydın” deyirdim.

 

Sən də gözlərinə qədər gülürdün...

Gözlərindən gülüşün yoxa çıxdığını görürdüm axı!

 

Mövlud... Bala... Dayanmadın, mübarizə etmədin, çarpışmadın, sənə problem kimi görünənlərin üstünə çıxmadın, səni ölümə sürükləyən səbəbləri ayağının altına almadın...

Və öz ölümünlə bizi – dostlarını, doğmalarını, səni sevənləri məğlub etdin. Bir orduluq adamı uduzdurdun - səni öldürən səbəblərə; səni öldürənlərə...

 

İndi bunu məğlub kimi yazıram... Yazıq-yazıq yazıram... Məğlubiyyətin etirafı kimi yazıram... Səninlə dərdləşirmiş kimi yazıram.

Axı sənin hərdən gəlməyin vardı, oturub dərdləşməyimiz vardı, hər kəsdən, hər şeydən bölüşməyimiz vardı...

İndi xatırlayıram, o vaxt bizim qəzet bağlananda, əməkdaşlarımızın xeyli hissəsi ixtisara düşəndə ən çox sən təsəlli verirdin mənə... Yadıma salıram, gülümsəyirəm, əziz dost, elə işgüzar tövrlə, elə entuziazmla danışırdın, özü də Yuxarıya – Göyə, naməlum bir nöqtəyə baxa-baxa danışırdın. “Hər şey yaxşı olacaq e, ürəyinizi sıxmayın, əlimizdən gələni edəcəyik, lazım gəlsə, 5 nəfərin də yerinə işləyəcəm, amma gücdən düşməyəcəyik, həmişəki kimi sözümüz kəsərli olacaq”. Sən deyirdin.

 

Deyirdin, ədəbiyyat səhifəmizi yaradacağıq, Fəxrini, Azəri, Hikməti (Fəxri Uğurlu, Azər Qaraçənli, Hikmət Sabiroğlu – A.C.) dəvət edərik, Salam Sarvan da bizi qırmaz, gələr, Salam müəllimin elə başımızın üstündə olmağı bəsdi, onun əvəzindən də özüm işləyəcəyəm, eləcə yanımızda olar...

 

Sən danışırdın, mən qanadlanırdım...

Sən elə ürəkli oğlan idin ki, Mövlud!

Sən elə işıqlı oğlan idin ki, Mövlud!

Bu işıqla, bu ürəklə sən Günəş idin, Mövlud!

 

Səni “Gündəlik Teleqraf”a Taleh Şahsuvarlı gətirmişdi. Özünə demişəm, yenə deyirəm, sənin səllimi həyat tərzindən qopub yazı masası arxasında oturacağına, intizamlı, düzənli bir redaktor olacağına inana bilməmişdim onda. Qayğılandığımı Talehə bildirəndə, “Qətiyyən narahat olma, - demişdi. - Mövlud çox istedadlı oğlandı, Əli Kərimdən sonra Azərbaycan ədəbiyyatına gələn nadir talantdı, tapıntıdı, bizi yarıdacaq, peşman olmayacaqsan...”

 

Səninlə bir yerdə işləməkdən heç vaxt peşman olmadım, Mövlud!

 

“Gündəlik Teleqraf” qəzetinin ən intizamlı, ən məhsuldar, ən zəhmətkeş əməkdaşı oldun. Ən önəmlisi, hər gün yazdın... Gözəl yazdın...

 

Sən təkcə bizim itkimiz deyilsən, Azərbaycan ədəbiyyatının itkisisən...

 

Sən dayanmadan, nəfəs dərmədən yazıb yaratmalıydın, hekayələrini çap etdirməliydin. Sənin romanlarınla yeni nəfəs gəlməliydi ədəbiyyatımıza, gözəl gözlüm...

 

Yazılarını oxuyanda çox təsirlənirdim, işdəyəmsə, çağırırdım, deyiləmsə, zəng edirdim, öyürdüm, tərifləyirdim...

 

Qanadlandığını görürdüm...

İçindəki çocuğu görürdüm...

Fərəhlənirdim...

Özün boyda Fərəh idin!

 

Səni çinar ağacına bənzədirdim, Bahar oğlum... Sən əlində dirijor çubuğu varmış kimi havanı cızdıqca o cızıqların şəkillənib nəyə bənzədiyini sezməyə çalışırdım.

Bəlkə də əlindəki fırçaydı, havada rəsm çəkirdin; O cızıqlar budağıydı bəlkə də. Sən də o budaqlara yarpaq çəkirdin.

Mən o yarpaqların xışıltısını eşidirdim, oğlum!

Yarpaqların yamyaşıldı...

Sən heç vaxt Qış olmadın ki!

Sonbahar da olmadın...

Bahar idin sən!

 

İndi sənin çinar boyuna, yaşıl yarpaqlarına yaraşmayan bapbalaca məzarına baxa-baxa düşünürəm ki... Sən... “Başı kəsik gözəl kötük”sən, oğlum!

 

Səni... Çinar Ağacını böyüməyə, yüksəlməyə, budaqlarını ucalmağa, ipək-ipək yarpaqlarını yellənməyə qoymadılar...

 

Kəsdilər Çinar ağacını, oğlum.

 

Ağacımızı kəsdilər... Qolumuzu kəsdilər...

 

Başımızı kəsdilər...

 

“Başı kəsik gözəl kötük”. Sən Ramiz Rövşəni çox sevərdin... Niyə elə çox sevərdin?

 

Üzünü görmədiyin Elçibəydən ötrü ağlayardın... Niyə ağlayardın?

 

Sevərdin... Ağlayardın...

 

Sevməyi-üzülməyi, ağlamağı-bağlanmağı nə çox sevərdin...

 

Özümü elə günahkar sayıram, Mövlud... Lap o mahnıda deyildiyi kimi,

 

Ellər günahkar,

 

dillər günahkar,

 

bir çağ yanğını bu

 

bütün dünya günahkar...

 

Kino lenti kimi gözümün önündən keçir: hamımızın dostu Qəzənfər Əhmədli zəng elədi, “Mövludun halı hal deyil, - dedi. - Özünə qəsd edəcək. Elə hey intihardan danışır. Bu gün də bütün günü telefonuna zəng çatmayıb...”

 

Axtarıram, deyirlər, bu gün işə gəlməyib, telefonuna zəng edirəm, sönülüdür, hövllənirəm. Tez Arazı Mövludgilə göndəririk. Beş dəqiqə çəkmir ki, geri qayıdır, “evdədir, təkcə oturub”-deyir. Bir azdan özü də gəlir... Solğun, hürkmüş, ceyran kimi baxa-baxa...

 

Səni nə qədər danışdırdım, dilə tutdum, dərdini dinləməyə çalışdım. Dinmədin, danışmadın, problemlərinin olduğunu boynuna almadın...

Axı niyə inana bilmədim ki, sən doğrudan da canına qıyarsan.

Nələr etməzdim sənin üçün, Mövlud...

Səni üzənlərin səni üzməməsi üçün nələr etməzdim...

Vallah da, billah da indi ağlıma gəlir: dərhal səni uzaqlara, lap elə İstanbula – Dilqəm Əhmədin yanına göndərərdim.

 

İstanbulun gözəlliyi sənə büyüləyərdi bəlkə. Uzaqlaşardın. Unudardın buraları, səni ağrıdan hər şeyi... Yaran acıtmazdı...

Gözəl Çinar, niyə yaşamaq, böyümək, göylərə ucalmaq istəmədin?.. Sən öz başını niyə kəsdin?

Anan danışır ki, son vaxtlar Bakıda bir hadisə baş verən kimi tez zəng edərmişsən ki, aşkım, narahat olma, sağ-salamatam.

Bəs on yeddinci mərtəbəyə qalxa-qalxa ananı xatırlamadınmı?

Niyə yenə də zəng etmədin, demədin ki, qorxma, bir dənəm, ölmərəm. Öldürmərəm səni...

Niyə, ay Mövlud, niyə?

 

Yadındadır, Sumqayıtda bir uşaq hündür mərtəbəli bir binanın balkonundan yıxılanda həmin an oradan keçən bir qadın havadaca tutmuşdu. Düşməyə qoymamışdı uşağı...

Keşkə, bir Qadın... Güclü bir qadın, Anana bənzəyən bir qadın, Tanrıya bənzəyən bir Tanrı həmin an orada, o binanın on yeddinci mərtəbəsinin altında olsaydı... Səni görsəydi... Bütün gücünü toparlayıb səni havadaca tutsaydı...

Qolun qırılsaydı, ayağın qırılsaydı... Binanın sakinləri səsinə tökülüşüb gəlsəydilər. Bir köhnə “Təcili yardım” maşınında tanımadığın adamlar səni xəstəxanasına çatdırsaydılar... Tanımadığın həkimlər pul ummadan yaranı sarısaydılar...

Biz də sabahadək sənin qırılmış ayağın üçün ağlaşaydıq...

Sən özün atın qırılmış ayağı üçün səhərədək ağladığın kimi...

Hamının günahı var, Mövlud...

Amma hamı özünə belə cəza seçmir, oğlum...

Sən Ramiz Rövşəni buna görəmi çox sevirdin?

 

Gözəl kötük,

yaraların köz bağlasın, sağalsın,

Bu dünyada nə baltalar,

Nə bıçaqlar qalacaq.

Ucalıqdan yıxılsan da,

Yenə canın sağ olsun,

Bu dünyada

Sən yıxılan ucalıqlar qalacaq...

 

Hə, Mövlud?..

 

 


Rəhman Orxan
19.03.2017, 01:56

Aynur xanım, çox sağ olun bu təsirli, yüksək səviyyədə, Mövluda böyük məhəbbətlə yazdığınız rekviyemə görə! Var olun!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 22:43

Sərxoş məktəb direktoru qəza törətdi

29.05.2017, 22:28

Fahişəxanaların “sevimli qonağı”, atasının məşuqəsinə tamah salan 35-ci prezident - MARAQLI

29.05.2017, 22:23

Çayın sayın BİLMƏK VACİBDİR

29.05.2017, 22:16

Süni əti təbii ətdən necə fərqləndirməli? - VİDEO

29.05.2017, 21:59

Makron Putinlə razılaşdı - Yenilənib

29.05.2017, 21:35

“Barselona”nın yeni baş məşqçisi məlum olub

29.05.2017, 21:24

Moldova 5 rusiyalı diplomatı ölkədən çıxarıb

29.05.2017, 21:08

Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim oldu

29.05.2017, 20:35

İraqda neft yatağında partlayış

29.05.2017, 20:23

Moskvada güclü qasırğa: 11 ölü

29.05.2017, 20:09

Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf edib 

29.05.2017, 19:56

"ATƏT PA çərçivəsində ən yaxşı təcrübələrimizi bölüşməyə hazırıq" - Azay Quliyev

29.05.2017, 18:05

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29.05.2017, 17:21

Suriyada 17 kənd terrorçulardan azad edilib

29.05.2017, 17:00

““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” – Əli Həsənov

29.05.2017, 16:27

Gənc Azərbaycan pianoçusu Kremldə çıxış edib

29.05.2017, 16:11

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

29.05.2017, 16:02

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29.05.2017, 15:48

Elmar Məmmədyarov Kolumbiyaya getdi

29.05.2017, 15:25

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

29.05.2017, 15:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

ARXİV