Vaşinqtonda Ağ Ev yaxınlığında avtomobilində bomba olduğunu bildirən şəxs saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bir kişi Ağ Evdə nəzarət-keçid məntəqəsinə yaxınlaşıb və avtomobilində bomba olduğunu bildirib.
Hələ ki, avtomobildə bomba olub-olmadığı təsdiqini tapmayıb. Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib, yaxın küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb. Avtomobildə mütəxəssislər axtarış aparırlar.
Modern.az