Modern.az

Milli Məclisin deputatları yarışa hazırlaşır

Milli Məclisin deputatları yarışa hazırlaşır

19 Mart 2017, 11:16

Milli Məclisin Gənclər və İdman Komitəsinin təşəbbüsü ilə bu günə qədər Türkiyə, Gürcüstan və avropalı deputatlarla azərbaycanlı həmkarları arasında futbol yarışları keçirib. Bu yarışlar davamlı olsa da bir müddətdir ki, belə yarışların şahidi olmuruq. Maralıdır, bu cür yarışlar davam edəcəkmi? 

 
Məsələ ilə bağlı Modern.az Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradova müraciət edib. 
 
 
Komitə sədri bildirib ki, yaxın vaxtlarda bu yarışlar davam edəcək. 
Gənclər və İdman Komitəsinin üzvləri Almaniya və Gürcüstan parlamentarilər ilə futbol oyununa hazırlaşır.
 
 
"Artıq bu yarışların hazırlıq mərhələsinə start verilib. Mən və Komitənin üzvlərdən ibarət komanda hazırda məşq edirik. Almaniya və Gürcüstan parlamentariləri ilə yarışa hazırlaşırıq, yaxın günlərdə futbol oynayacağıq. Bu günə qədər bir çox ölkə parlamenti ilə belə yarışlar həyata keçirilib, bunlar davamlı olacaq".
 
 
Qafar Ağayev
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi