Modern.az

«Azərbaycan Dəmir Yolları»nın şöbə rəisinin qətli ilə bağlı rəsmi məlumat açıqlandı

«Azərbaycan Dəmir Yolları»nın şöbə rəisinin qətli ilə bağlı rəsmi məlumat açıqlandı

9 Aprel 2011, 17:10

Cari il aprelin 2-də Nəsimi Rayon Polis İdarəsinin 19-cu  Polis Bölməsinə Bakı şəhər sakini Reyhan İsgəndərlinin evdən çıxaraq naməlum istiqamətə getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olub.

İlkin araşdırmalarla Reyhan İsgəndərlinin qətlə yetirilməsinə dəlalət edən kifayət qədər əsaslar müəyyən edildiyindən Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi  ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçrilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də R.İsgəndərlinin keçmiş həyat  yoldaşının qohumu Gəncə Cəfərov və sonuncunun evində təmir işləri aparmış İlqar Ağayev şübhəli şəxs qismində saxlanılıb. Onlar ifadələrində aprelin 1-də Gəncə Cəfərovun evində olarkən aralarında baş vermiş mübahisə zəminində Reyhan İsgəndərlini qətlə yetirdiklərini, meyidini avtomaşınla Xızı rayonuna aparıb Altıağac qəsəbəsinə gedən yolun kənarındakı ərazidə basdırdıqlarını etiraf ediblər.

Meyit göstərilən yerdən çıxarılaraq müayinə edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, R.İsgəndərlinin «Azərbaycan Dəmir Yolları» QSC-nin Biləcəri stansiyasında kadrlar şöbəsinin rəisi vəzifəsində çalışdığı bildirilir. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir