Modern.az

Zəlimxan Məmmədli akademiyaya üzv seçildi

Zəlimxan Məmmədli akademiyaya üzv seçildi

19 Mart 2017, 16:27

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini akademiyanın həqiqi üzvü seçilib.

 Modern.az xəbər verir  ki, 13 fevral 2017-ci il tarixində Jumber Lejava adına çoxprofilli Beynəlxalq Elmlər Akademiyası  xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsində apardığı səmərəli ictimai və yaradıcı fəaliyyətini  nəzərə alaraq  Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini akademiyanın həqiqi üzvü- akademiki seçilib.  18 mart 2017-ci il tarixində vəsiqə və diplomun təqdimat mərasimi Azərbaycan-Gürcüstan sərhəddinə yaxın yerdə baş tutub. Akademiyanın diplomunu və vəsiqəni akademiyanın rəsmisi, tarix elmləri üzrə professor Vano Usadze və professor Alı Musayev təqdim edib. Təqdimat mərasimində Borçalı Cəmiyyəti İdarə Heyətinin üzvü polkovnik Sabir Aşurov və şair-publisist, Cəmiyyətin Mətbuat və informasiya deportamentinin rəsmisi Elbəyi Cəlaloğlu iştirak edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?