27 may 2017, Şənbə
Ana Səhifə - GÜNDƏM - Bakıda “Qarabağ həqiqətlərinin yayılmasında Türk dünyası mediasının rolu” adlı konfrans keçirilib
Bakıda “Qarabağ həqiqətlərinin yayılmasında Türk dünyası mediasının rolu” adlı konfrans keçirilib +
19.03.2017, 17:54

Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü sözü ilə...” adlı layihəsi çərçivəsində Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının təmsilçilərinin iştirakı ilə Atatürk Mərkəzində “Qarabağ həqiqətlərinin yayılmasında Türk dünyası mediasının rolu” adlı konfrans keçirilib.

Modern.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı qardaş Türkiyənin media təmsilçilərinin Bakıda salamlamaqdan məmnun olduğunu bildirdi. Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, professor Nizami Cəfərov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan mərkəzin bir elmi, ədəbi qurum kimi yaranmasından, fəaliyyətindən danışdı, qurumun fəaliyyət istiqamətindən, görülən işlərdən bəhs etdi. O bildirdi ki, eyni tarixi köklərə, dil və mədəni irsə sahib hər iki xalq tarixin kəşməkeşli sınaqlarından uğurla keçmişdir. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” deyimini xatırladan Nizami Cəfərov bildirdi ki, qardaş Türkiyənin olmadığı beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş ölkəni müdafiə etməsi də bu qardaşlıq və dostluq münasibətinin bariz nümunəsidir.

Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyə jurnalistlərinin Bakıya səfərinin özəl bir günə-Çanaqqala zəfərinin 102-ci ildönümünə təsadüf etməsini xüsusi vurğuladı. Qeyd etdi ki, Novruz bayramı ərəfəsində türk tarixinin şanlı səhifələrindən biri olan Çanaqqala zəfərinin 102-ci ildönümünün Azərbaycanda qeyd edilməsi önəmli hadisədir. Azərbaycandan Çanqaqqalaya könüllü olaraq köməyə gedən Azərbaycan türklərinin köməyə getməsi, eləcə də Nuri Paşanin komandanlığı ilə türk əsgərlərinin Azərbaycandakı bacı-qardaşlarının köməyinə yetişməsi, Çanaqqala və Bakıda qəhrəmanlıq dastanlarının yazılması, bu qəhrəmanlıq səhifələri gələcək türk gəncliyi üçün örnəkdir. Səfərin təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqları və tədbir iştirakçılarını türk dünyasının əziz bayramı Novruz münasibəti ilə təbrik etdi və gələn Novruzun işğal altından azad ediləcək torpaqlarımızda Qarabağda qeyd edək dedi.

Türk Ocaqlarının Antalya şöbəsinin başqanı Abdullah Uysal təmsil etdiyi qurumun yaranmasından, onun fəaliyyətindən ətraflı söhbət açıb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu beynəlxalq təşkilatlarda Türkiyə və Azərbaycan mediasının daha fəal olmasının vacibliyini vurğuladı. O bildirdi ki, türk coğrafiyasının səsinin duyulması üçün beynəlxalq qurumlarda fəallıq önəmlidir. Antalya Qəzetəçilər Cəmiyyəti və Akdeniz Qəzetəçilər Federasiyası başqanı Mevlüt Yeni səfər çərçivəsində Mətbuat Şurası, eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq memorandumunun imzalandığını vurğuladı, qeyd etdi ki, media sahəsində daha səmərəli əməkdaşlıq üçün yeni imkanlar mövcuddur.

TUMİB sədri Çingiz Bayramov 15 iyul olaylarında Azərbaycan xalqının Türkiyənin yanında olmasını xüsusi vurğuladı. Qeyd etdi ki, müasir dövrdə informasiya siyasətinin aparılmasında sosial şəbəkələrin rolu qaçılmazdır və bu baxımdan sosial mediadan səmərəli istifadə edilməlidir. “Türküstan” qəzetinin redaktoru Aqil Camal , “Birlik” jurnalının baş redaktoru İlqar İlkin Türkiyə və Azərbaycan başda olmaqla, türk dünyası mediası ilə bağlı görülən işlərdən, gələcəkdə daha səmərəli informasiya əməkdaşlığının aparılması üçün təklif və fikirlərini səsləndirdilər.

Türkiyə Cümhuriyyətinin bir qrup aparıcı media orqanlarının təmsilçiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti ilə də tanış olublar. Daha sonra qonaqlar Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunda olmuşlar. Bilik Fondunun yaranması və fəaliyyəti ilə yaxından tanış olan qonaqlar həmçinin qurumla əməkdaşlıq imkanlarını da müzakirə etmişlər. Qonaqlar həmçinin Milli Məclisin deputatları ilə görüşmüş, fikir mübadiləsi aparmışlar. Türkiyəli qonaqlar Dənizkarı milli parkda bayram şənliklərinə qatılmış, Azərbaycanın müxtəlif bölgələrinin milli mətbəxini, şirniyyatlarını əks edən guşələrlə tanış olan jurnalistlər bayram təamlarından dadmış, eləcə də Novruz adət-ənənələri ilə daha yaxından tanış olmuşlar.

 

Modern.az


Tahir
19.03.2017, 11:47

El Qızı, Olduqca Qeyrətli, və nümunə olacaq qədər Vətənpərvər olan Qənirə xanım, İdeoloji, İnformasiya Müharibəsinin Generalıdır. O İnformasiya Müharibəsində bir ordu qədər İş görən siyasətcidir. Qaənirə xanımın dəvəti ilə Türkiyədən gələn mətbuat Rəhbərləi Bakıda Mətbuat İşciləri ilə Qarabağ həqiqətlərinin yayılmasında Türk Dünyası Mətbuatının Rolu Mövzusunda Konfransın kecirilməsi, İdeoloji İnformasiya Müharibəsində Böyük Hücüm Taktikasının hazırlanmasıdır. Gələcək geostrateji qələbələrimizə zəmin yaradır.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.05.2017, 00:47

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır" - Rusiyalı nazir müavini

27.05.2017, 00:36

İşdən çıxarılan general Gürcüstana qaçıb

27.05.2017, 00:22

İmtahandan kəsilən qız intihara cəhd etdi

27.05.2017, 00:09

Bu gündən Ramazan ayı başlayır

26.05.2017, 23:52

Sağlamlıq üçün real təhlükə yaradan QİDA MƏHSULLARI

26.05.2017, 23:49

Stalinin erməni “xilaskarı” - MARAQLI

26.05.2017, 23:42

Azərbaycan nefti ucuzlaşıb

26.05.2017, 23:27

Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi

26.05.2017, 23:11

Rusiya yeni hərbi vertolyotun sınağını keçirdi - VİDEO

26.05.2017, 22:56

"Şəhəri tərk edin" - Mosula vərəqələr yayıldı

26.05.2017, 22:41

Qaxda 86 yaşlı kişi özünü asdı

26.05.2017, 22:27

ABŞ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

26.05.2017, 22:09

Dövlət xəstəxanaları pullu xidmətə keçir - VİDEO

26.05.2017, 21:54

Moskvada terror törətməyi planlayan 4 nəfər yaxalandı

26.05.2017, 21:37

Azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTO

26.05.2017, 21:25

Azərbaycan terror aktını pislədi

26.05.2017, 21:11

Yeniyetmə bədbəxt hadisənin qurbanı oldu

26.05.2017, 20:57

Bir həftədə 1400-dən çox sahibkarla görüş keçirilib

26.05.2017, 20:42

İş yoldaşını güllələyən şəxs danışdı - VİDEO

26.05.2017, 20:28

Misirdəki terror aktında ölənlərin sayı 28 nəfərə çatdı

26.05.2017, 20:16

Daxili orqanında ölkə ərazisinə narkotik keçirən şəxs yaxalanıb

26.05.2017, 20:02

Türkiyədə tarixi türbəni 4 milyon dollara satmaq istəyiblər

26.05.2017, 18:57

"iPhone 6" sərfəli şərtlərlə satışda

26.05.2017, 18:50

Nazir müavini: “Təhsil sistemində hər hansı ixtisar yoxdur”

26.05.2017, 18:38

“Qarabağ” Avstriyada “Dinamo” Moskva ilə qarşılacaq

26.05.2017, 18:29

Dövlət Gömrük Komitəsi: “Heç bir problem yaşanmayıb”

26.05.2017, 18:21

Hacıqabulda uşaq kimyəvi maddədən zəhərlənib

26.05.2017, 18:05

ADU tələbələri “Piqmalion” pyesini səhnələşdirib

26.05.2017, 17:48

İŞİD-in 3 rəhbər şəxsi öldürüldü

26.05.2017, 17:45

9-cuların buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

26.05.2017, 17:35

"Müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir, bizə qarşı kampaniyalar aparılır"

26.05.2017, 17:30

Formula 1 yarışına 54 ölkədən bilet alınıb

26.05.2017, 17:25

Bakı Şəhər Halqası “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

26.05.2017, 17:21

Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var

26.05.2017, 17:15

Azərbaycanda ailə həkimləri hazırlanır

ARXİV