Modern.az

Türkiyə Almaniya səfirinə etirazını bildirdi

Türkiyə Almaniya səfirinə etirazını bildirdi

19 Mart 2017, 20:00

Almaniyanın Türkiyədəki səfiri Martin Erdman Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb kürdlərin PKK terror təşkilatının rəmzinin nümayiş etdirildiyi Frankfurt mitinqi olub.

Türkiyə xarici siyasət idarəsinin bəyanatında bildirilir ki, Türkiyəni Almaniya hökumətinin Frankfurtda martın 18-də keçirilən PKK terror təşkilatının rəmzi və onun rəhbərinin şəklinin nümayiş etdirildiyi yürüşə icazə verməsi narahat edir: “Bu, ikili standartların yolverilməz nümunəsidir. Almaniya hökuməti terrorçuların tərəfdarlarına Türkiyə konstitusiyasına düzəlişlərə dair referendum mövzusu ilə bağlı şüarlar səsləndirməsinə icazə verdiyi halda, Türkiyə parlamentarilərinin səsvermə öncəsi təşviqat üçün bu ölkədə yaşayan vətəndaşları ilə görüşməsinə hər vəchlə mane olmağa çalışır. Biz bu ədalətsiz mövqeyi pisləyirik. Bizim reaksiyamız Almaniyanın Ankaradakı səfirinin diqqətinə çatdırılıb”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu