Tailandın baş naziri, general Prayuta Çan-Oçaya qarşı planlaşdırılan sui-qəsdin qarşısı alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Tailand hüquq-mühafizə orqanlarının məlumatına görə, polis Diktaturaya Qarşı Demokratiya uğrunda Birləşmiş Cəbhənin liderlərinin birinin evində silah anbarı aşkarlayıb.
Anbarda onlarla silah və qumbara olub. Evin sahibi artıq bir neçə ildir ki, axtarışdadır. Olayla bağlı 9 nəfər saxlanılıb.
Qeyd edək ki, Tailandın hazırkı hökuməti 2014-cü ilin mayında hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib.
Modern.az