Modern.az

Yerevanda etirazçılar mərkəzi küçələri bağladılar

Yerevanda etirazçılar mərkəzi küçələri bağladılar

19 Mart 2017, 21:21

Yerevanda fəal Artur Sarkisyanın ("Çörək çatdıran") xatirəsinə həsr olunmuş təntənəli yürüş Azadlıq meydanından start götürüb. Modern.az Virtualaz.org-a istinadən bildirir ki, təntənəli yürüşün iştirakçıları yollarda hərəkəti kəsiblər.

Əraziyə çoxlu sayda polis qüvvələri gətirilib. Nümayişçilər "Artur, Artur!" deyə qışqırırlar. Onlar baş prokuror Artur Davtyanın istefasını, həmçinin Sarkisyanın təkrar həbsi barədə vəsatət qaldırmış müstəntiqin, eləcə də həmin vəsatəti təmin etmiş hakimin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.

Təntənəli yürüşün başlanğıcına qədər elan edilmişdi ki, Sarkisyanı, nümayişçilərin tələb etdikləri kimi, "Yerablur" panteonunda yox, Şaumyan qəbiristanlığında dəfn edəcəklər.

Xatırladaq ki, 2016-cı ilin yayında post-patrul alayının binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə ittiham olunan 49 yaşlı Artur Sarkisyan martın 16-da Yerevanda ölüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?