Modern.az

Ermənistanda parlament seçkiləri təxirə salına bilər, Sarkisyan etiraz etmir

Ermənistanda parlament seçkiləri təxirə salına bilər, Sarkisyan etiraz etmir

Aktual

19 Mart 2017, 22:25

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi “Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası” bloku bütün siyasi güclərə müraciət edərək parlament seçkilərinin 9 aprel tarixinə qədər təxirə salınmasına çağırış edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, seçki bloku bu təklifini 2 amillə izah edib.

 

“Birinci, seçkilərin tarixi konstitusiya qaydalarının pozulması yolu ilə gerçəkləşib. İkincisi isə, aprelin 2-si Dağlıq Qarabağdakı döyüşlərin 1 ili tamam olacaq. Bu günü həlak olanların yaxınları onların məzarı başında qeyd edəcək”.

 

 

Ermənistan Milli Konqresi seçkilərin 9 apreldə keçirilməsi üçün bütün siyasi gücləri konsensusa çağırıb. Xatırladaq ki, Serj Sarkisyan seçki bloklarının razı olacağı halda, seçkilərin tarixinin dəyişdirilməsinə normal baxdığını demişdi.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar