Modern.az

Bakıda mağaza sahibi vergi əməkdaşını necə həbs edib?

Bakıda mağaza sahibi vergi əməkdaşını necə həbs edib?

10 Aprel 2011, 20:41

Modern.az saytına verilən məlumata görə, dünən Nərimanov rayonu ərazisində maraqlı bir hadisə baş verib. Təbriz küçəsində yerləşən “SƏMƏD” marketdə vergi əməkdaşı mağaza sahibi tərəfindən həbs olunub. Dəfələrlə gəlib marketin Əli adlı sahibini narahat edən Vergilər Nazirliyi Audit Xidmətinin işçisi Bayram Nəzərovun hərəkətlərindən bezən ticarətçi növbəti çağırılmamış səfəri zamanı onu ticarət obyektinin anbarına salınıb və qapısını qıfıllayıb. Əli kişi bunu ölkədə aparılan antikorrupsiya siyasəti ilə əlaqələndirib.

Yalnız gecə saat 12.00 radələrində işə qarışan Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Bayram Nəzərovu anbardan “xilas” ediblər.

Hazırda iş Nərimanov RPİ-nin 18-ci Bölməsində polis və prokurorluq tərəfindən araşdırılır. 

İstirahət günü olduğundan olayla bağlı 18 saylı Polis bölməsindən cavab ala bilmədik. Yalnız onu öyrəndik ki, işi təhqiqatçı Məmməd Zeynalov araşdırır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı