Yerevanda polis etiraz aksiyasına çıxanların şəhərin mərkəzində tutduqları ərazini güc tətbiq etməklə təmizləməyə çalışır. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bəzi yerlərdə etirazçılarla polis əməkdaşları arasında toqquşmalar qeydə alınır.
"Arturun qətli onları bütün həyatları boyu təqib etməlidir. Biz qətllərə və həyasız yalanlara daha dözməyəcəyik", - deyə aksiyanın təşkilatçılarından biri-Şaen Arutyunyan mitinqdə bildirib.
Modern.az