Modern.az

Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur

Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur

20 Mart 2017, 00:16

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur. Modern.az xəbər verir ki, bahar Azərbaycana martın 20-də saat 14:29-da daxil olacaq. Həmin vaxt gecə-gündüz bərabərliyi qeydə alınacaq. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Xalqımızın ən sevimli bayramlarından olan Novruz bayramının tarixi çox qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Qeyd edək ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!