Modern.az

"Calış,  son sözü əvvəldə demə" - Bahar Muradova

"Calış,  son sözü əvvəldə demə" - Bahar Muradova

Aktual

20 Mart 2017, 00:41

“Gənc yazar Elşad Baratın “fasebook” profilinə paylaşdığı şerlərini oxumaq ücün daxil oldum. Daha cox diqqətimi cəkənsə, müxtəlif müəlliflərdən, xüsusən də şair Rüstəm Behrudidən gətirdiyi sitatlar oldu. Məzmunu  son günlər gündəmi zəbt edən "intiharlar"la daha cox səsləşən bu paylaşımlar və ona yazılan şərhlər məni cox narahat etdi”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova öz feysbuk səhifəsində yazıb.

Bahar Muradova daha sonra öz narahatlığını bölüşüb: “Anlamaq cətin, qəbul edilməsi isə ondan da cətin olan odur ki, bəzi söz meydanına daxil olmaq istəyən gənclərimiz ictimaiyyətin və ədəbiyyatsevərlərin diqqətini özünə cəlb etmək ücün hec də məqbul olmayan bir yol secməklə sanki öz aralarında yarışa girməyə və cəmiyyətə də məhz bu yöndən cox zərərli mesajlar ötürməyə cəhd edirlər.  Belə bir halın nədən qaynaqlanması haqqında cox fikirlər söyləmək, geniş diskussiya acmaq olar. Ancaq düşünürəm ki, istənilən halda bu yanasmanı əsaslandırmağa  yox, bu vəziyyətə gətirib cıxaran halların aradan qaldırılmasına calışmaq daha doğru olardı. Ən azından istərdim ki, Elşad Barat elə cox sevdiyi Rüstəm Behrudinin yaradıcılığından HƏYAT VƏ YAŞAM barədə də bir necə sitat gətirsin. Sonda isə ona demək istəyirəm: Calış,  SON SÖZÜNÜ ƏVVƏLDƏ DEMƏ!!!!”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?