Modern.az

Cinayətkarlar şəhər merinin kürəkənini və 5 polisi öldürdülər

Cinayətkarlar şəhər merinin kürəkənini və 5 polisi öldürdülər

20 Mart 2017, 10:57

Meksikanın Verakrus ştatında polislərlə cinayətkərlar arasında atışma baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 8 nəfər ölüb. Onlardan 5-i polis əməkdaşıdır.

Hakimiyyət orqanlarının məlumatına görə, cinayətkarlar polislərə hücum edib, hüquq mühafizə orqanları əməkdaşlarının maşınları yandırılıb.

Həlak olanların arasında Koşkiui şəhərinin merinin kürəkəni də var. Cinayətkarlar onun evinə soxulub əvvəlcə şəhər merinin yerini öyrənməyə çalışıblar, kürəkəni qətlə yetiriblər. Bu zaman hadisə yerinə gələn polislərlə atışma baş verib.

Polis iki silahlı şəxsi saxlayıb, ştatın prokurorluğu baş vermiş faktla bağlı araşdırma aparır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!