Modern.az

“Xəzər” FM digər yerli radioları geridə qoydu - SORĞU

“Xəzər” FM digər yerli radioları geridə qoydu - SORĞU

20 Mart 2017, 11:32

Radio informasiyanın geniş kütləyə çatdırılması vasitələrindən biri kimi müasir sivilizasiyanın nailiyyətlərindən biridir. Azərbaycanda radio dinləyiciləri az deyil.Azərbaycan radiolarında təqdim olunan verilişlərdə aparıcıların xoşagəlməz intonasiyaları, tez-tez yad sözlərdən istifadə etmələri bəzən dinləyicilərdə qıcıq oyadır. Aparıcıların bir qismi rus, bir qismi ingilis aksenti ilə danışır. Müəyyən bir qisim də var ki, onların ümumiyyətlə, hansı dilin vurğuları ilə danışdığını müəyyənləşdirmək çətinlik yaradır.

Bütün bunlarla yanaşı, radio dinləyiciləri var və yəqin ki, olacaq da...

Modern.az saytının oxucular arasında keçirdiyi “Hansı yerli radioya qulaq asırsınız?” adlı sorğusu yekunlaşıb.

6 min respondentin iştirak etdiyi sorğunun nəticələrinə görə, “Xəzər” FM 1-ci yerdə qərarlaşıb. Oxucuların 46,6 faiz səsini qazanmış “Xəzər” FM ən çox dinlənilən radio seçilib.

İkinci ən dinlənilən radio kimi “Azad Azərbaycan” sorğunun nəticəsində sonrakı yerdə gəlir – 20,5 faiz.

Üçüncü yeri “Araz” FM tutub – 8,88 faiz.


Sorğunun ümumi yekunu aşağıdakı kimidir:



“Xəzər” FM – 46,6%
“Azad Azərbaycan” radiosu – 20,5%
“Araz” FM – 8,88%
İctimai radio - 6.66%
“Burç” FM - 5%
Respublika Radiosu - 3.88%
ASAN radio - 3.33%
“Space” radiosu - 2.77%
Radio 106 FM  1.11%)
Radio Antenn 1.11%

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu