Modern.az

Daha bir meyit tapıldı - itkin neftçi ola bilər

Daha bir meyit tapıldı - itkin neftçi ola bilər

Aktual

20 Mart 2017, 12:04

Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində itkin nefyçilərin axtarışı üzrə yaradılan Qərargah daha bir meyitin tapıldığı haqda məlumat verib.

Qərargahdan Modern.az-a bildirilib ki,  həyata keçirilən axtarış əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.

Tapılan meyitin, «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmadığı müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, 15 dekabr 2016-cı il tarixində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. 

İndiyədək onlardan artıq 6 nəfər tapılıb. İlham Qafarov, Həsənağa Hacıəliyev, Vidadi Qurbanov, Qorxmaz Rüstəmov, Cavid Bəhramov və Ramiz Abbasovun meyitləri ailələrinə təhvil verilib.

 

 

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu