Modern.az

Bayram günlərində havalar pisləşəcək - XƏBƏRDARLIQ

Bayram günlərində havalar pisləşəcək - XƏBƏRDARLIQ

20 Mart 2017, 12:29

Azərbaycanda hava şəraiti yenidən pisləşəcək. Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bununla əlaqədar xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 21-dən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı düşəcək. 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər