Modern.az

5000 gənc sorğuya cəlb olunacaq

5000 gənc sorğuya cəlb olunacaq

10 Noyabr 2009, 13:19

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası "Gənclərdən xəbər" rəy sorğusu keçirəcək. Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qurum sorğunu Gənclər və İdman Nazirliyi ilə birgə 18 rayonda təşkil edəcək. Sorğunun həyata keçirilməsində əsas  istiqamətlərindən biri də gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclərin iştirakının səmərəli məşğulluğunun təmin olunmasıdır.

Sorğuda 14-29 yaş arasında olan 5000 gəncin iştirakı nəzərdə tutulur. Sorğu hər yerdə eyni metodologiya və suallar vasitəsilə aparılacaq ki, bu da nəticələri tam şəkildə müqayisə etmək imkanı verir. Sorğu ediləcək gənclər yaş, cins, yaşadıqları ərazi və sosial-iqtisadi status meyarlarına görə seçiləcək.

Bütün müsahiblər gənclərin öz razılıqları ilə və tam azad cavab vermə imkanı olan mühitdə sorğu ediləcəklər. Sorğu əsasən gənclərin gündəlik həyatı, onların problemləri, Azərbaycanın inkişafı, gənclərin asudə vaxtı, sağlamlığı mövzularını əhatə edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir