Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

20 Mart 2017, 12:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir