Modern.az

İran hakimiyyəti zəvvarlara Həccə getməyə icazə verdi

İran hakimiyyəti zəvvarlara Həccə getməyə icazə verdi

20 Mart 2017, 13:01

İranlı zəvvarlar bir illik fasilədən sonra - 2017-ci ildə Həcc ziyarətlərini bərpa edəcəklər. Modern.az saytı İran mediasına istinadən xəbər verir ki, bu ölkənin rəsmi qurumları Səudiyyə Ərəbistanı ilə Məkkədə və onun ətrafında iranlıların təhlükəsizliyin təmin edilməsi məsələlərini razılaşdırıb.

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi də məlumatı təsdiqləyib.

Ərəbistan yarımadasının ən iri dövlətinin hakimiyyəti Həcc ziyarəti ilə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi üçün hələ fevralın sonunda iranlı tərəfdaşlarını Ər-Riyada dəvət etmişdilər.

Xatırladaq ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər 2016-cı ilin Həcc mövsümündə baş vermiş faciələrdən sonra pisləşmişdi. O zaman Məkkə ətrafındakı basabasda 400 İran vətəndaşı həlak olmuşdu. Şeytanın daşqalaq edilməsi zamanı yaşanan hadisədə ümumilikdə 700 müsəlman ölmüşdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir