Modern.az

Tramp tərəfdarlarının dəstəyini sürətlə itirir

Tramp tərəfdarlarının dəstəyini sürətlə itirir

20 Mart 2017, 14:29

ABŞ prezidenti Donald Tramp sürətlə populyarlığını itirir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, son rəy sorğuları Trampı yalnız 37% respondentin dəstəklədiyini, 58%-in isə ona qarşı çıxdığı müəyyənləşdirib.

 

Halbuki, yanvarın 22-də andiçmə mərasimi günü Trampı dəstəkləyən və qarşı olanların sayı bərabər idi və 45% təşkil edirdi.

 

Eskpertlər seçki kampaniyası zamanı radikal çıxışlar edən və dərin islahatlar vəd edən Trampın sözünə əməl etmədiyi üçün populyarlığını itirdyini yazırlar.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!