Modern.az

Bakıda evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Aktual

20 Mart 2017, 15:00

Bakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

 

 

"Report"un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

 

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır