Ukrayna Təhlükəsizlik Xidməti martın 19-da Krıma gedən 4 avropalı deputatına qarşı sanksiya tətbiq edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Yelena Qitlyanskaya bildirib.
Y. Qitlyanskaya Krıma qanunsuz səfər edən Serbiya və Çexiya vətəndaşlarının 5 il ərzində Ukraynaya girişinə qadağa qoyulduğunu açıqlayıb.
Qeyd edək ki, martın 19-da Rusiyanın hakim Ədalətli Rusiya Partiyası Böyük Britaniya, Çexiya, Serbiya və Monteneqro, o cümlədən Qırğızıstan və Braziliya parlamentlərinin bir neçə deputatının Krıma səfərini təşkil edib.
Modern.az