Modern.az

TQDK 8 şəhərdə sınaq imtahanı keçirib

TQDK 8 şəhərdə sınaq imtahanı keçirib

11 Aprel 2011, 10:46

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dünən - aprelin 10-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirib. İmtahanlar respublikanın 8 şəhərində, o cümlədən Bakı, Gəncə, Şəki, Masallı, Balakən, İsmayıllı, Yevlax və  Salyan şəhərlərində ümumilikdə 17 binada keçirilib.
TQDK-dan verilən məlumata görə, bu dəfəki sınaq imtahanı iştirakçılarına aprelin 3-də keçirilmiş imtahanın eyni test kitabçası təqdim olunub.  

Nəticələr yaxın günlərdə açıqlanacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!