Modern.az

Sahibkarlar Rusiyaya məhsul apara bilmir - VİDEO

Sahibkarlar Rusiyaya məhsul apara bilmir - VİDEO

20 Mart 2017, 22:14

Azərbaycanda pomidor istehsalı edən sahibkarlar ciddi problemlə üzləşiblər. Modern.az Kanal24.az-a istinadən xəbər verir ki, ölkəmizdən Rusiyaya idxal olunan pomidor yüklü tırlar Samur Buraxılış Gömrük Məntəqəsindən keçdikdən sonra Rusiya sərhəddində saxlanılıb. 10 gündür sərhəddə saxlanılan 50-dən çox tırın hər birində 100.000 dollar dəyərində məhsul var. Artıq pomidorlar xarab olur. Bu isə sahibkarlar üçün ciddi zərbədir.

Sahibkarlar çox çətin vəziyyətdə olduqlarını bildiriblər. Məsələ ilə bağlı Kanal24-ün çəkiliş qrupu  Samur Buraxılış Gömrük Məntəqəsində olaraq çəkiliş aparıb. Sürücülər bildiriblər ki, ölkədə bəzi işbazlar Türk pomidorunu Azərbaycana gətirib daha sonra onu qablaşdırararq Azərbaycan məhsulu adı altında Rusiyada satmaq istəyiblər. Bu fakt gömrükçülər tərəfindən aşkar edilib. Bundan sonra yerli istehsal olan pomidorlar də sərhəddə saxlanılıb. Daha dəqiq desək qurunun oduna yaşda yanıb.

O da qeyd olunub ki, Dağıstan tərəfi idxal olunan məhsulların sənədləşməsini Rusiyada deyil məhz onların ərazisində aparılmasını tələb edir.

Fakt isə odur ki, günlərlə sərhəddə saxlanılan məhsullar xarab olur. Bu isə ölkə iqtisadiyyatı üçün ciddi zərbədir. Ona görə ki, xarici bazarda satılan kənd təsərrüfat məhsulundan respublikamıza  böyük gəlirlər gələcəkdi. Ancaq çox təəssüf ki, müxtəlif bəhanələrlə məhsullarımız Rusiya sərhəddində saxlanılıb.

Mövcud problemlə bağlı adiyyatı qrumların münasibətini öyrənməyə çalışdıq. Bayram günü olduğundan zənglərimiz cavabsız qaldı.

Ümid edirik ki, adiyyatı qrumlar məsələyə dərhal reaksiya verərək problemin həlli üçün önəmli addımlar atacaqlar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı