Modern.az

Qara dənizdə təlimlərə başlanılıb

Qara dənizdə təlimlərə başlanılıb

20 Mart 2017, 23:54

Qara dənizdə  NATO üzvü olan ölkələrin təlimi başlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təlimlərdə 4 NATO ölkəsi ilə yanaşı Ukrayna hərbçiləri də iştirak edir. Təlimlərə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Qeniçesk”  tral gəmisi və NATO-nun mina əleyhinə  daimi gəmilər qrupu cəlb edilib.

Martın 17-də Polşa, İspaniya, Almaniya və Türkiyə hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Odessaya gəliblər.

Qeyd edək ki, martın 20-də Rusiya Qara Dənizdə və Krımda irimiqyaslı hərbi təlimlərə başladığını elan edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub