Modern.az

“Niva”nın yaradıcısı öldü

“Niva”nın yaradıcısı öldü

Dünya

21 Mart 2017, 00:16

SSRİ-nin ən məşhur avtomobil markası olan “Niva”nın yaradıcısı Petr Prusov ölüb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, P.Prusov 76 yaşında vəfat edib.

P. Prusov 1972-ci ildə  “Niva” layihəsinin rəhbəri təyin edilib. “Niva”-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. “Niva” dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib. Bu il "Niva"nın istehsalndan 40 il ötür. Bu illər ərzində zavodda 2,5 milyon ədəddən çox "Niva" istehsal edilib. Bu avtomobil "UAZ 469"la yanaşı dağlıq, yol olmayan ərazilərdə gediş üçün əvəzedilməz olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı