20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Rusiyalı bloger Azərbaycana "papaq" atır
Rusiyalı bloger Azərbaycana "papaq" atır
21.03.2017, 09:10

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Bu "papağın" çox kiçik və dar olduğunu nəzərə alaraq, onun içinə yalnız iki-üç ədəd "daş qoz" qoymaq lazım gəlir ki, yeyəndə "bizi" yaddan çıxarmasın

 

Azərbaycanda Novruz bayramı keçirildiyi bir vaxtda, bir qrup rusiyalı blogerin Ermənistanın üzərindən atılaraq "ağırlıqların, uğurluqların" bu ölkənin üstünə salıb, qanunsuz olaraq Dağlıq Qarabağa getmələrini dolayısı ilə Azərbaycana "papaq" atmaq kimi qiymətləndirmək olar. Öz bloqlarında vızıldaşan bu "milçəklərin" çəkisi bir çürük qoz çəkisi qədər olmasa da, amma bu əziz gündə müəyyən qədər ürəkbulandırıcı görünür.

 

Hələ bir neçə gün öncə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi xarici ölkə vətəndaşlarına, o cümlədən jurnalistlərə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxladığı Dağlıq Qarabağ və digər rayonların ərazisinə rəsmi Bakının xüsusi icazəsi olmadan qanunsuz səfər etməmələri barədə xəbərdarlıq etmişdi.  Xəbərdarlığın budəfəki səbəbi isə Ermənistanın ATƏT-dəki daimi nümayəndəliyinin Aleksandr Lapşinin Belarusiyadan Azərbaycana ekstradisiya olunması məsələsini qaldırması ilə bağlı olmuşdur. Azərbaycanın ATƏT-dəki nümayəndəliyi öz xəbərdarlığında bildirmişdi ki, Ermənistan davamlı olaraq Azərbaycanın işğal olunmuş torpaqlarına xaricilərin gəlmələrini təşkil edir və bundan siyasi məqsədlər üçün istifadə edir. 

Şübhəsiz ermənilər bu təxribaçı addımları ilə düşünmürlər ki, onların hər dəfə Dağlıq Qarabağa qanunsuz olaraq dartıb gətirdikləri xarici ölkə vətəndaşları və ya jurnalistlər sonda dövlət sərhəd pozuçusu kimi qeydə alındıqlarını görəndə, bu torpağın həqiqətən də Azərbaycana məxsus olduğunu açıq-aydın anlayırlar.

 

Bu gün haylar öz medialarında hay salıblar ki, güya rusiyalı blogerlər  Azərbaycanın Dağlıq Qarabağa səfər etmiş Rusiya-İsrail vətəndaşlığı olan bloger  A.Lapşinin Minskdə həbs edilərək Bakıya təhvil verilməsinə gətirib çıxarmış siyasətinə etiraz əlaməti olaraq bu addımı atırlar.

 

Əslində erməni konyakının iyi burunlaında qalan - Anton Nosik, Anton Merkurov Svetlana Bolşakova və digər blogerlərin Azərbaycan torpaqlarına qanunsuz olaraq burunlarını soxmalarının səbəbi heç də Lapşin təəssübkeşliyi ilə bağlı deyil. Bu, daha çox Serj Sarkisyanın aprelin 2-də Ermənistanda keçiriləcək referendumdan qalib çıxmasına hesablanmış olduqca gülünc görünən piar kompaniyasıdır.

 

Bildiyimiz kimi martın 10-da Rusiyaya səfər etmiş Ermənistan prezidenti S.Sarkisyan Moskvada bir sıra görüş keçirməklə özünün "itdən düşmüş" reytinqini qaldırmaq istədi. Amma görünür Rusiyalı həmkarı V.Putindən lazımi dəstəyi ala bilmədiyindən, o, həmişə olduğu kimi bu dəfə də gümanını kriminal dairələrə və dələduz blogerlərə bağlamış oldu.  

 

Əgər belə olmasaydı, Nosik Moskvadan İrəvana qanadlanmazdan öncə "Canlı jurnal"dakı bloqunda - "Dağlıq Qarabağ Respublikasına yola düşürəm. Bu,  həm də qədim erməni Arsaxıdır. Belə bir rəy var ki, bu yerə yollanan hər kəs Azərbaycanın ərazi bütövlüyünü pozur. Bu, məni narahat etmir. Ona görə ki, Azərbaycanın özünün suveren bir dövlət kimi mövcudluğu tarixi bir səhv və anlaşılmazlığın nəticəsi olub."

 


Əlbəttə, Nosikin bu ifadələrinin hansı maraqdan qaynaqlandığı məncə heç kimdə şübhə doğurmaz. Görünür Moskva restoranlarında erməni "dudukçuları" onun qulağına yalan-palan notlar üstündə çox havalar çalıblar. Həm də bu ifadələrdən o da aydın olur ki, Nosikin "qədəhi" Sarkisyançılar tərəfindən qədərincə doldurulub. Yoxsa, Nosikin Azərbaycan tarixininə burnunu soxmasına və onu təhrif etməsinə nə lüzum olardı.

 

Sözsüz ki, Sarkisyan Moskvada yalnız öz xislətinə yaxın - millətçi, eqoist və həm də şovinist Nosik kimilərlə bir araya gələ bilərdi. Çünki bu ikili - Rusiya və İsrayıl vətəndaşlığı olan ikiüzlü blogerin barəsində yazılanlara nəzər salanda, onun internetdə ekstremist - "Suriyanı yer üzündən silmək" adlı yazısına və bu kimi milli ayrıseçkiliyə, eləcə də milli nifrətə yönəlmiş çağırışlarına rast gəlmək olur. Yeri gəlmişkən, məhz bu çağırışa görə o, Moskva şəhər məhkəməsi tərəfindən 300 min rubl cərimə də olunub.

 

Məsələnin ən çox təəssüf doğuran tərəfi odur ki, Azərbaycana qarşı iftira dolu yalanlarla çıxış edən həm Anton Nosik, həm də Aleksandr Lapşinin yəhudi mənşəli olmalarıdır. Əslində Azərbaycanda yəhudi icmasının ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi, o cümlədən Azərbaycan-İsrail dövlətlərarası münasibətlərin də yüksək səviyyədə olması heç kimə sirr deyil. Bu da hamıya aydındır ki, Ermənistan mono-etnik dövlət olaraq haylardan başqa heç kimi qəbul etmirlər. Amma Azərbaycan çoxmillətli, hər bir etnik qrupla multikultural dəyərlər müstəvisində bərabər hüquqlu və birgəyaşayışı yüksək səviyyədə təmin edən dövlətdir. Ona görə adları çəkilən blogerlərin davranışlarına Azərbaycan tərəfdən baxanda onları heç cür anlamaq olmur.

 

Nosik öz səhifəsində Azərbaycana bu Novruz günündə "papaq" ataraq yazır ki, güya "Lapşinin Minskdən ekstradisiyası neftdən gələn dollarların hesabına ödənilib." Əlbəttə bu "papağın" çox kiçik və dar olduğunu nəzərə alaraq, onun içinə yalnız iki-üç ədəd "daş qoz" qoymaq lazımdır ki, yeyəndə "bizi" yaddan çıxarmasın.

 

Zənnimcə, burada kimisə təəccübləndirəcək qeyri-adi bir şey yoxdur. Çünki bir-iki şüşə erməni konyakına satılan Nosiklər, hər şeyi öz arşınları və ya öz "merka"ları ilə ölçə bilərlər.

 

Amma gərək Nosik bilsin ki, sərhəd pozan hansısa Lapşinin tutulması və ya "alınması" üçün neftdən gələn pulları xərcləmək onun üçün həddindən artıq "yağlı" olardı. Əgər söhbət doğurdan da "almaqdan" gedirsə, o zaman Lapşinkimiləri Rusiya bazarlarında satılan bir neçə kiloqram xiyar və ya qoz puluna da almaq olar. Bu "ticarəti" isə Azərbaycan dövləti yox, rusiyada yaşayan dəyərli soydaşlarımız rahatlıqla edə bilərlər.

 

Bu arada o, yazısının sonunda - "mənə bu yaxın iki gündə haralara baxmağı məsləhət görərdiniz?" - deyə soruşur. Təəssüf, o, Azərbaycan torpaqlarına qanunsuz olaraq "qonaq" gəldiyi üçün ona yalnız qoşunların təmas xəttinə yaxınlaşıb burnunun ucunu birbalaca qaldırıb bizim mövqelərə tərəf baxmasını məsləhət edərdik.

 

P.S. İşdir Nosik Lapşin kimi yaxalanmış və ya "alınmış" olsa, burnundan tutan kimi canı çıxmasa da, etdiyi cinayətə görə tez başından papağı çıxarıb onun yerinə ağ yaylıq atıb üzr istəyəcək. Hərçənd o, bunu bilməmiş deyil, axı Azərbaycanda Novruz bayramında evlərə təkcə papaq yox, həm də yaylıq atırlar.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO
20.09.2017, 00:48

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib
20.09.2017, 00:36

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO
20.09.2017, 00:23

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur
20.09.2017, 00:11

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı
19.09.2017, 23:27

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb
19.09.2017, 23:14

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb

Bakıda daşınmaz əmlak bahalaşacaq...
19.09.2017, 22:44

Bakıda daşınmaz əmlak bahalaşacaq...

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ
19.09.2017, 22:12

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir   
19.09.2017, 21:37

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir  

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR
19.09.2017, 21:19

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR

19.09.2017, 21:06

"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp
19.09.2017, 20:48

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb
19.09.2017, 20:33

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib
19.09.2017, 20:17

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Pambıqçıları daşıyan mikroavtobus aşdı
19.09.2017, 20:05

Pambıqçıları daşıyan mikroavtobus aşdı

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017, 19:51

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Tramp BMT tribunasından İranı sərt tənqid etdi
19.09.2017, 19:00

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək
19.09.2017, 18:44

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
19.09.2017, 18:31

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI
19.09.2017, 18:20

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI

Paytaxtda mənzildə meyit tapılıb
19.09.2017, 18:07

Paytaxtda mənzildə meyit tapılıb

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir
19.09.2017, 17:47

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər
19.09.2017, 17:40

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu
19.09.2017, 17:38

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.09.2017, 17:24

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir
19.09.2017, 17:23

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ   
19.09.2017, 17:14

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ  

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi
19.09.2017, 17:10

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR
19.09.2017, 17:07

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

19.09.2017, 17:05

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - FOTOLAR

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı
19.09.2017, 16:43

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM
19.09.2017, 16:38

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər
19.09.2017, 16:12

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”   
19.09.2017, 16:01

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”  

Bakıda bit problemi var – Araz Əlizadə
19.09.2017, 15:53

Bakıda bit problemi var – Araz Əlizadə

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.55%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(14.0%)
- Məhərrəmlık əsl İslama ziddir(30.5%)