28 iyun 2017, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI: Molla Sadığın “na­mu­sunu lə­kə­lədiyi” Şahnigar
Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI: Molla Sadığın “na­mu­sunu lə­kə­lədiyi” Şahnigar +
21.03.2017, 11:30

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil. 

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas və epizodik rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.  

Bu dəfə Azərbaycan tamaşaçılarının yaddaşında silinməz izlər qoymuş iki filmdə  - “Dəli Kür” və “Tütək səsi”ndə oynamış əcnəbi aktrisadan bəhs edəcəyik.

Xalq ya­zı­çı­sı İs­ma­yıl Şıx­lı­nın ta­ri­xi keç­mi­şi­mi­zə həsr olu­nan “Də­li Kür” ro­ma­nı əsa­sın­da 1969-cu il­də çə­kil­miş ey­ni ad­lı film (fil­min sse­na­ri mü­əl­li­fi İsmayıl Şıx­lı, qu­ru­luş­çu re­jis­soru Hüseyn Se­yid­za­dədir) mil­li ki­no ta­ri­xi­miz­də və mə­də­ni hə­ya­tı­mız­da əla­mət­dar bir ha­di­sə idi.

Film­də təs­vir edi­lən Ca­han­dar ağa (aktyor Ələd­din Ab­ba­sov) ob­ra­zı təzadlı simadır. O, ai­lə­yə, qa­dı­na, dos­ta, qo­na­ğa, düş­mə­nə mü­na­si­bət­də mil­li ənə­nə­lər­dən çı­xış edir. La­kin onun möv­cud adət-ənə­nə­lər­lə bağ­lı də­yiş­məz xa­rak­te­ri ilə yanaşı, ziddiyətli bir addım da atır ki, bu da tamaşaçıda təəccüb doğurur. Belə ki, Cahandar ağanın Al­lah­ya­rın ar­va­dı Mə­lə­yi qa­çır­ma­sı mil­li əx­laq nor­ma­la­rı­na zidd idi və bu onun fər­di is­tə­yin­dən irə­li gə­lirdi. Ca­han­dar ağa­nın Mə­lə­yi qa­çır­ma­sı son­ra­dan onun ağır mə­nə­vi zər­bə­lə­rə mə­ruz qa­lmasıan səbəb olur, Al­lah­yarla düş­mən­çi­liyi ya­ra­nır.
Cahandar ağa amansızdır. O, ba­cı­sı Mol­la Sa­dı­ğın mey­xa­na­sın­da iş­ti­rak et­di­yi­ni bi­lən­də tərəddüd etməsən qırar verir: “na­mu­su lə­kə­lən­miş” ba­cı­sı­nı öl­dü­rür. Filmdən də görünür ki, kənd­də əhalinin cahilliyindən istifadə edərək, nü­fuz sa­hi­bi olan Mol­la Sa­dı­q uşaq­la­rın dünyəvi təhsilinə qarşı çıxır, onların se­mi­na­ri­ya­da oxu­ma­sı­na ma­ne olur. ­Yalnız Cahandar ağa onun “nüfuzunu” zədələməyə cəsarət edir. Təh­qir olun­muş Mol­la Sa­dıq kənd­də­ki nü­fu­zu­nu bər­pa et­mək üçün in­ti­qa­ma əl atır. Bu in­ti­qa­mın qur­ba­nı se­çi­lən Ca­han­dar ağa­nın ba­cı­sı Şah­ni­ga­rın Mol­la Sa­dı­ğın qur­ğu­su ilə mey­xa­na məc­li­si­nə gə­ti­ril­mə­si zid­diy­yə­ti kəs­kin­ləş­di­rir. Ca­han­dar ağa­ ba­cı­sı­nı atının dö­şü­nə qa­tıb Kür qı­ra­ğı­na apar­ır. Cahandar ağanın təkidilə Kü­r çayına girən Şah­ni­ga­r kəl­me­yi-şə­ha­dətini oxuyandan sonra tədricən sulara qərq olur.

Filmdə yadda qalan obrazlardan biri olan Şahnigarı canlandırmış aktrisa azərbaycanlı deyil. Şah­ni­gar xa­nı­m rolunun ifaçısı gürcü aktrisa Li­ya Elia­vadır.  

Liya Eliava 28 may 1934-cü ildə Tbilisidə anadan olub. 1955-ci ildə Rusiya Teatr İncəsənət Akademiyasını bitirib. Daha sonra Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında işləməyə başlayıb. Ordan da Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrına keçib.

Liya Eliava azərbaycanlı rejissorların ekranlaşdırdığı 3 filmdə rol alıb. 1969-cu ildə “Dəli Kür” 1974-cü ildə “1001-ci qastrol” və 1975-ci ilə “Tütək səsi”ndə.

O, Gürcüstanın xalq artisti adına layiq görülüb. Liya Eliava Gürcüstanda onlarla ekran əsərində müxtəlif yaddaqalan obrazlar canlandırıb.


Qeyd etdiyimiz kimi, Liya Eliava 1975-ci ildə ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissoru Rasim Ocaqov olan məşhur “Tütək səsi” filminə də çəkilib. Bu filmdə aktrisa çox yadda qalan bir obraz yaradıb - Sayalı...


Kinopovestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə həyat da var, məhəbbət də. Sarsıntı da var, sevinc də.

Sayalı filmin əsas qəhrəmanlarından biridir. İki oğul anası olan Sayalı milli koloritli bir obrazdır. Onun cəbhədə ölmüş ərindən sonra hələ gəncliyindən istədiyi bir insanla – kolxoz sədri Cəbrayılla evlənməsi kənddə çox ciddi etirazlara səbəb olur. Elə oğlanları da Sayalıya qarşı çıxırlar. Bu, bir toplumun, bir cəmiyyətin yazılmamış qanunları idi. Və gürcü aktrisa Liya Eliava Sayalı obrazının öhdəsindən məharətlə gələ bilir.

Liya Eliava gürcüstanın xalq artisti, aktyor Otar Koberidzenin həyat yoldaşı idi... Bu nikahdan onların Nana adlı bir qızları doğulub.
Liya Eliava 8 oktyabr 1998-ci il tarixində, 64 yaşında vəfat edib. 17 ildən sonra, 2015-ci ildə Otar Koberidze də dünyasını dəyişib.



A.Qorxmaz


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.06.2017, 01:12

“Ehsan və səs-küylü dəfn istəmirəm” - Ömrünü yoxsulluqla başa vuran Şıxlinskinin VƏSİYYƏTİ

28.06.2017, 00:49

"Formula 1 üzrə Azərbaycan Qran Prisini 70 minədək tamaşaçı izləyib"

27.06.2017, 23:07

Prezident İlham Əliyev: “Çoxlu işlər görüləcək, var-dövlət əmələ gələcək...”  

27.06.2017, 22:54

Marketinqin yeni hiyləsi - “Stress çarxları” həqiqətənmi, müalicəvidir?  

27.06.2017, 22:08

Prezident bir gündə 30 toy və 20 sünnətdə iştirak edib

27.06.2017, 21:25

Türkiyə daha 3 şəhid verdi  

27.06.2017, 21:20

Qəzada ölənlərin kimliyi bilindi: biri şirkət rəhbəri, digəri TV əməkdaşı - YENİLƏNİB

27.06.2017, 21:00

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27.06.2017, 20:58

“Tam məxfi” qrifli qovluğun açılması ilə Stalinin kokaindən istifadə etməsi təsdiqlənib... - MARAQLI  

27.06.2017, 20:52

Kim ki yüz il yaşamırsa... - Daxili orqanları cavan saxlayan HƏYAT CÖVHƏRİ

27.06.2017, 20:49

Azərbaycan səfiri etimadnaməsini Braziliya Prezidentinə təqdim edib 

27.06.2017, 20:25

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

27.06.2017, 20:18

İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb

27.06.2017, 20:00

İcra başçısı ön xəttədki hərbi hissəyə sovqat apardı

27.06.2017, 18:11

Mehriban Əliyeva: “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

27.06.2017, 18:03

Birinci vitse-prezident köçkün ailələrinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

27.06.2017, 17:53

TAP-ın rəhbəri dəyişib

27.06.2017, 17:49

Gürcüstan prezidenti Poroşenkodan Saakaşvilinin geri qaytarılmasını istəməyəcək

27.06.2017, 17:35

Goranboy sakinini ilan sancıb

27.06.2017, 17:22

"Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək"

27.06.2017, 17:16

Polşa prezidenti: " Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti yaradılmasını çox istərdik"

27.06.2017, 17:06

Saatlı və Kürdəmirdə yanğın

27.06.2017, 16:50

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olundu

27.06.2017, 16:33

Ermənistan hərbi rəhbərliyinin nitqi niyə tutuldu...  

27.06.2017, 16:13

Azərbaycan və Polşa Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27.06.2017, 16:05

İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət etdi

27.06.2017, 16:02

Evə basqın edib ana və qızını bıçaqlayan şəxs tutuldu

27.06.2017, 15:10

Azərbaycan-Polşa sənədləri imzalanıb 

27.06.2017, 14:19

Ağcabədi sakini əməliyyat masasında öldü  

27.06.2017, 14:14

Qəndab Quliyeva dəfn olundu

27.06.2017, 14:06

Azərbaycan nefti cüzi bahalaşdı

27.06.2017, 14:00

“İş adamlarına səslənirəm, Xocalı soyqırımını Danimarka parlamentinin müzakirəsinə çıxarmaq istəyirik” – MÜSAHİBƏ

27.06.2017, 13:43

Bakıda 32 eldar şamını kəsdilər - nazirlik polisə müraciət etdi

27.06.2017, 13:41

İlham Əliyev və Andjey Duda bir-birinə hədiyyələr verdilər

27.06.2017, 13:06

Sabahın havası - Bakıda 34 dərəcə isti olacaq

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(14.2%)
- Dənizə gedə bilmirik(17.4%)
- Səhhətimizə mənfi təsir edir(20.6%)
- Əhvalım xoşallanır(12.6%)
- Məhsul qıtlığı yaranır(12.6%)
- Təsərrüfatıma ziyan dəyir(3.17%)
Yağış, dolu ruzi-bıərəkətdir(19.0%)