Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI: “Dəli Kür”də Şahnigar, “Tütək səsi”ndə Sayalı...

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI: “Dəli Kür”də Şahnigar, “Tütək səsi”ndə Sayalı...

Mədəni̇yyət

21 Mart 2017, 11:30

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil. 

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas və epizodik rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.  

Bu dəfə Azərbaycan tamaşaçılarının yaddaşında silinməz izlər qoymuş iki filmdə  - “Dəli Kür” və “Tütək səsi”ndə oynamış əcnəbi aktrisadan bəhs edəcəyik.

Xalq ya­zı­çı­sı İs­ma­yıl Şıx­lı­nın ta­ri­xi keç­mi­şi­mi­zə həsr olu­nan “Də­li Kür” ro­ma­nı əsa­sın­da 1969-cu il­də çə­kil­miş ey­ni ad­lı film (fil­min sse­na­ri mü­əl­li­fi İsmayıl Şıx­lı, qu­ru­luş­çu re­jis­soru Hüseyn Se­yid­za­dədir) mil­li ki­no ta­ri­xi­miz­də və mə­də­ni hə­ya­tı­mız­da əla­mət­dar bir ha­di­sə idi.

Film­də təs­vir edi­lən Ca­han­dar ağa (aktyor Ələd­din Ab­ba­sov) ob­ra­zı təzadlı simadır. O, ai­lə­yə, qa­dı­na, dos­ta, qo­na­ğa, düş­mə­nə mü­na­si­bət­də mil­li ənə­nə­lər­dən çı­xış edir. La­kin onun möv­cud adət-ənə­nə­lər­lə bağ­lı də­yiş­məz xa­rak­te­ri ilə yanaşı, ziddiyətli bir addım da atır ki, bu da tamaşaçıda təəccüb doğurur. Belə ki, Cahandar ağanın Al­lah­ya­rın ar­va­dı Mə­lə­yi qa­çır­ma­sı mil­li əx­laq nor­ma­la­rı­na zidd idi və bu onun fər­di is­tə­yin­dən irə­li gə­lirdi. Ca­han­dar ağa­nın Mə­lə­yi qa­çır­ma­sı son­ra­dan onun ağır mə­nə­vi zər­bə­lə­rə mə­ruz qa­lmasına səbəb olur, Al­lah­yarla düş­mən­çi­liyi ya­ra­nır.

Cahandar ağa amansızdır. O, ba­cı­sının Mol­la Sa­dı­ğın mey­xa­na­sın­da iş­ti­rak et­di­yi­ni bi­lən­də tərəddüd etmədən qırar verir: “na­mu­su lə­kə­lən­miş” ba­cı­sı­nı öl­dü­rür.

Filmdən də görünür ki, kənd­də əhalinin cahilliyindən istifadə edərək, nü­fuz sa­hi­bi olan Mol­la Sa­dı­q uşaq­la­rın dünyəvi təhsilinə qarşı çıxır, onların se­mi­na­ri­ya­da oxu­ma­sı­na ma­ne olur. ­Yalnız Cahandar ağa onun “nüfuzunu” zədələməyə cəsarət edir. Təh­qir olun­muş Mol­la Sa­dıq kənd­də­ki nü­fu­zu­nu bər­pa et­mək üçün in­ti­qa­ma əl atır. Bu in­ti­qa­mın qur­ba­nı se­çi­lən Ca­han­dar ağa­nın ba­cı­sı Şah­ni­ga­rın Mol­la Sa­dı­ğın qur­ğu­su ilə mey­xa­na məc­li­si­nə gə­ti­ril­mə­si zid­diy­yə­ti kəs­kin­ləş­di­rir. Ca­han­dar ağa­ ba­cı­sı­nı atının dö­şü­nə qa­tıb Kür qı­ra­ğı­na apar­ır. Cahandar ağanın təkidilə Kü­r çayına girən Şah­ni­ga­r kəl­me­yi-şə­ha­dətini oxuyandan sonra tədricən sulara qərq olur.

Filmdə yadda qalan obrazlardan biri olan Şahnigarı canlandırmış aktrisa azərbaycanlı deyil. Şah­ni­gar xa­nı­m rolunun ifaçısı gürcü aktrisa Li­ya Elia­vadır.  

Liya Eliava 28 may 1934-cü ildə Tbilisidə anadan olub. 1955-ci ildə Rusiya Teatr İncəsənət Akademiyasını bitirib. Daha sonra Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında işləməyə başlayıb. Ordan da Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrına keçib.

Liya Eliava azərbaycanlı rejissorların ekranlaşdırdığı 3 filmdə rol alıb. 1969-cu ildə “Dəli Kür” 1974-cü ildə “1001-ci qastrol” və 1975-ci ilə “Tütək səsi”ndə.

O, Gürcüstanın xalq artisti adına layiq görülüb. Liya Eliava Gürcüstanda onlarla ekran əsərində müxtəlif yaddaqalan obrazlar canlandırıb.

Qeyd etdiyimiz kimi, Liya Eliava 1975-ci ildə ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissoru Rasim Ocaqov olan məşhur “Tütək səsi” filminə də çəkilib. Bu filmdə aktrisa çox yadda qalan bir obraz yaradıb - Sayalı...


Kinopovestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə həyat da var, məhəbbət də. Sarsıntı da var, sevinc də.

Sayalı filmin əsas qəhrəmanlarından biridir. İki oğul anası olan Sayalı milli koloritli bir obrazdır. Onun cəbhədə ölmüş ərindən sonra hələ gəncliyindən istədiyi bir insanla – kolxoz sədri Cəbrayılla evlənməsi kənddə çox ciddi etirazlara səbəb olur. Elə oğlanları da Sayalıya qarşı çıxırlar. Bu, bir toplumun, bir cəmiyyətin yazılmamış qanunları idi. Və gürcü aktrisa Liya Eliava Sayalı obrazının öhdəsindən məharətlə gələ bilir.

Liya Eliava gürcüstanın xalq artisti, aktyor Otar Koberidzenin həyat yoldaşı idi... Bu nikahdan onların Nana adlı bir qızları doğulub.

Liya Eliava 8 oktyabr 1998-ci il tarixində, 64 yaşında vəfat edib. 17 ildən sonra, 2015-ci ildə əri Otar Koberidze də dünyasını dəyişib.



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?