Modern.az

Dilqəm Əsgərovun oğlu: “Babam sağdır, ölümü barədə xəbər yalandır”

Dilqəm Əsgərovun oğlu: “Babam sağdır, ölümü barədə xəbər yalandır”

Aktual

21 Mart 2017, 16:01

“Babam sağdır, onun ölümü barədə deyilənlər dezinformasiyadır”. Bunu Modern.az-a erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov babasının öldüyü xəbərinə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, 82 yaşlı babası Qardaşxan Əsgərov Şəmkirdəki evindədir:

 

“Bir müddət əvvəl babam ific oldu, dili tutuldu, amma sonra yaxşılaşdı. Yaşlı adamdır, oğlunun xiffətin çəkir, hər gün onu sayıqlayır. Amma babam ölməyib”.

 

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
 İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi